Bu gün İsraillə Azərbaycan arasında mühüm müqavilə bağlanır
17 Mart 2025, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
819
23.12.2024, 11:32
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib.
Oxu24.com xəbər verir ki, məktubda deyilir:
“Zati-müqəddəsləri,
Müqəddəs Milad bayramı münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Mərhəmət, xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirən, yeni ruh gətirən bu nurlu bayram özünün bütün məramı ilə insanlar arasında qarşılıqlı anlaşmanı, dəstəyi və birliyi tərənnüm edir. Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması tərəfindən bu bayramın daim xüsusi coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd edilməsi ölkəmizdə hökm sürən etnik-mədəni müxtəliflik, zəngin multikulturalizm ənənələrinin bariz təzahürüdür.
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik və tolerantlıq mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı etimad və hörmət şəraitində birgə yaşadığı nadir diyarlardan biridir. Biz bütün bunlarla fəxr edir və bu dəyərləri milli sərvət kimi qoruyuruq. Təsadüfi deyil ki, xalqlararası dostluğun və dinlərarası harmoniyanın, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olmaqla yanaşı ilk növbədə xalqımızın təbii yaşam tərzidir.
Həmçinin oxuyun
Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır. Yüz illər boyu Azərbaycanda məskunlaşıb vahid ailə kimi yaşayan xristian vətəndaşlarımız Vətənlərinin ictimai-siyasi və sosial-mədəni həyatının bütün sahələrində yaxından iştirak edərək doğma ölkəmizin rifahına böyük töhfələr verirlər. Ərazimizdə mövcud olan qədim xristian irsi, məbədlər, kilsələr və digər ibadət yerləri, məscidlər və sinaqoqlar kimi eyni səviyyədə Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Ölkəmiz eyni zamanda dünya mədəni irsinin incilərindən sayılan xristian abidələrinin qorunmasında fəal rol oynayaraq mədəniyyətlərarası dialoqu təşviq edir.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış münasibətlər bizi sevindirir. İkitərəfli əlaqələrimizin tarixi çoxsaylı qarşılıqlı səfərlər, daimi təmaslar və əlamətdar hadisələrlə zəngindir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkəmizdə sayca ikinci olacaq və Papa II İohann Pavelin şərəfinə ucaldılacaq yeni katolik kilsəsi ölkəmizdə katolik dini icmasına göstərilən böyük diqqət və qayğının təzahürü, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında yüksək səviyyəli əlaqələrin yeni rəmzidir.
Zati-müqəddəsləri,
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə təşəkkürümü bildirir, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələrini daim yüksək dəyərləndirdiyiniz üçün minnətdarlığımı ifadə edirəm.
Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı səmərəli əməkdaşlıq bundan sonra da dünyada dinlərarası və mədəniyyətlərarası anlaşmanın təşviqi, ümumbəşəri dəyərlərin qorunub saxlanması, insanlar arasında həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizə doğum gününüz və qarşıdan gələn Yeni, 2025-ci il münasibətilə də ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm”.
21:40 / 17 Mart 2025
ABŞ-ın imtinası NATO birliyini pozacaq
1
21:32 / 17 Mart 2025
Tanınmış həkim vəfat etdi
53
21:28 / 17 Mart 2025
Zelenski G7 sammitinə dəvət olunub
16
20:40 / 17 Mart 2025
İlaxır çərşənbə 30 dərəcə isti olacaq
32
20:04 / 17 Mart 2025
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
38
19:32 / 17 Mart 2025
Türkiyədə zəlzələ oldu
48
18:48 / 17 Mart 2025
Milli Hidrometeorologiya Xidməti əhaliyə xəbərdarlıq etdi
378
18:44 / 17 Mart 2025
ABŞ Ukraynada davamlı sülhün təmin edilməsi üçün şərt adlandırıb
67
18:42 / 17 Mart 2025
İsveçrədə 31 minə yaxın ukraynalı qaçqın statusunu itirib
72
18:25 / 17 Mart 2025
Fiko: "Slovakiya Ukraynaya bir sent də verməyəcək"
68
18:15 / 17 Mart 2025
İttihamlara cavab verildi
76
18:09 / 17 Mart 2025
Pavel Durov üzərində məhkəmə nəzarəti dayandırılıb
72
17:56 / 17 Mart 2025
Vuçiç FSB və FTB-ni Belqrada dəvət edir
78
17:55 / 17 Mart 2025
Zelenski yeni Baş Qərargah rəisinə tapşırıqlar verib
82
17:26 / 17 Mart 2025
Polislərin maaşı ilə bağlı QƏRAR
884
17:16 / 17 Mart 2025
Norveç İsveçdən raket buraxılması risklərini qiymətləndirir
96
17:13 / 17 Mart 2025
Tailand 60 günlük vizasız rejimi ləğv edəcək
95
16:58 / 17 Mart 2025
Putin Tacikistan prezidenti ilə belə görüşdü - VİDEO
104
16:55 / 17 Mart 2025
Ukrayna bu əraziləri itirmək istəmir
91
16:53 / 17 Mart 2025
Trampın reytinqi rekord həddə çatıb
96
16:35 / 17 Mart 2025
Bu gün İsraillə Azərbaycan arasında mühüm müqavilə bağlanır
564
16:33 / 17 Mart 2025
"Amerikanın Səsi" radiosunda ixtisarlar başlayır
95
16:20 / 17 Mart 2025
Polşa müharibəyə hazır deyil
95
16:20 / 17 Mart 2025
İftarda qəti şəkildə bunları yemək olmaz — Dietoloqla MÜSAHİBƏ
3322
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.