Prezident Qanunu təsdiq etdi
11 İyul 2025, 12:07
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
204
06.09.2024, 11:10
Məlum olduğu kimi, bu gün İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən beynəlxalq forum keçiriləcək.
Oxu24.com xəbər verir ki, İtaliyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyev forumda əsas qonaq qismində iştirak edəcək.
Sayca 50-ci olacaq Forumun “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” adlı açılış sessiyasında dövlətimizin başçısının “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxışı nəzərdə tutulur.
Prezident İlham Əliyevin bu mötəbər Forumda əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir.
Xatırladaq ki, dövlətimizin başçısının 2022-ci ildə keçirilən forumdakı çıxışı və xarici media nümayəndələrinin suallarına verdiyi ətraflı cavablar forum iştirakçılarının böyük marağına səbəb olmuşdu.
Qeyd etməliyik ki, bu nüfuzlu forumun işinə, eyni zamanda, bir sıra dövlət və hökumət başçıları, o cümlədən İtaliya Respublikasının Prezidenti Sercio Mattarella (videokonfrans vasitəsilə), İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Macarıstanın Baş naziri Viktor Orban, həmçinin senatorlar Lindsey Graham və Ben Cardin, ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson və digər nüfuzlu şəxslər qatılıblar.
1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. O, Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar, müxtəlif tədbirlər keçirərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına, eyni zamanda, əməkdaşlığın təşviqinə xidmət edir.
Həmçinin oxuyun
“The European House – Ambrosetti”, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.
“The European House – Ambrosetti” müstəqil qurum olsa da, müşahidələr göstərir ki, Çernobbio Forumuna İtaliya hökuməti tərəfindən böyük dəstək göstərilir. “The European House – Ambrosetti”, həmçinin İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə sıx əməkdaşlıq edir. Bu qurum bir çox hallarda İtaliya XİN-in iqtisadi beynəlmiləlləşmə ilə bağlı fəaliyyətinə cəlb olunur.
İllik Çernobbio Forumu “The European House – Ambrosetti”nin ən əsas tədbiri hesab edilir. Bu Forum İtaliyada dövlətlərin rəhbər şəxslərinin, rəsmilərinin, İtaliya və Avropanın böyük şirkətlərinin rəhbərlərinin bir araya gəldiyi ən nüfuzlu tədbir hesab edilir. Ənənəvi olaraq sentyabr ayının əvvəlində Komo gölünün sahilində yerləşən Villa d'Este-də keçirilən Çernobbio Forumu yüksək səviyyəli qonaqlar, beynəlxalq siyasi və iqtisadi səhnənin aparıcı liderləri ilə görüşmək və müzakirələr aparmağa şərait yaradır. Forum zamanı nüfuzlu ekspertlərin töhfəsi ilə biznes ictimaiyyəti və İtaliya üçün aktual olan məsələlərlə bağlı hazırlanmış ən mühüm tədqiqatlar təqdim keçirilir.
Ənənəvi olaraq üç gün davam edən forumun ilk günün adətən əsas qlobal tədbirlərə həsr olunur və müzakirəyə çıxarılan məsələlər əsasən iqtisadi, geosiyasi və elmi-texnoloji xarakter daşıyır. Həmin gün İtaliya üçün xüsusi önəm daşıyan ölkələrin dövlət və hökumət başçıları, həmçinin rəsmi şəxsləri əsas qonaq qismində çıxış edirlər. İkinci gündə isə diqqət daha çox Avropaya yetirilir, Aİ-nin bütün institutların nümayəndələrinin və rəsmilərinin iştirak ilə Aİ-nin qarşılaşdığı ən ümdə məsələlər ətrafında fikir mübadiləsi aparılır. Forumun üçüncü günü isə İtaliyaya həsr olunur və həmin tədbirlərdə ölkənin hökumət, rəsmiləri, maliyyə və biznes dünyasının nümayəndələrinin iştirak edirlər.
12:07 / 11 İyul 2025
Prezident Qanunu təsdiq etdi
1
11:30 / 11 İyul 2025
Moskvadan xəbərdarlıq - Zəngəzur dəhlizinin açılması...
578
11:18 / 11 İyul 2025
İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
25
10:57 / 11 İyul 2025
Rekord səviyyədə bahalaşma
32
10:51 / 11 İyul 2025
Braziliya ABŞ ilə baş-başa gəlir
27
10:46 / 11 İyul 2025
Avropa Ukrayna üçün ABŞ-dan hücum silahları ala bilər
29
10:30 / 11 İyul 2025
İsti havalarda "eşq yaşamaq" infarkt edə bilər
37
10:22 / 11 İyul 2025
Ağdamda insan skeletinə bənzər sümük fraqmentləri aşkar edilib
36
10:16 / 11 İyul 2025
Bakıda qadın ərinin vəfatından 1 həftə keçməmiş tapdığı sevgilisini öldürdü – VİDEO
944
10:14 / 11 İyul 2025
“Qızımı həmin gün 2 dəfə xilas etmişdik, əcəl apardı...” - 4 yaşlı Nərminin anası
92
10:10 / 11 İyul 2025
Avropa İttifaqı İsraili hədələyir
32
10:00 / 11 İyul 2025
“Bitcoin”dən tarixi rekord
38
09:53 / 11 İyul 2025
Professordan hava ilə bağlı xəbərdarlıq: Diqqətli olun!
193
09:50 / 11 İyul 2025
Rusiyanı belə tərk etdi - Video
60
09:40 / 11 İyul 2025
“İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşünü uğurlu hesab edirik” - Ermənistan XİN
54
09:32 / 11 İyul 2025
Ukrayna Tulaya zərbə endirib: Ölən var
50
09:30 / 11 İyul 2025
Tramp ilk dəfə Kiyevə hərbi yardım paketi ayıra bilər
47
09:20 / 11 İyul 2025
ABŞ dövlət departamentindən Əbu-Dabi görüşünə reaksiya
52
09:10 / 11 İyul 2025
Rubl görün neçəyədir
88
09:10 / 11 İyul 2025
Rusiyaya hücum oldu: Ölən var
55
09:10 / 11 İyul 2025
Tramp-Putin görüşü mümkün deyil - Açıqlama
44
09:01 / 11 İyul 2025
Röyanın "Əlvida,gedirəm" mahnısının həsr edildiyi Azadə görün əslində nədən ölübmüş — ŞOK FAKTLAR
495
09:00 / 11 İyul 2025
Dərdi də, təmiri də bitməyən Binəqədi yolu - İşlər niyə yekunlaşmır?
54
08:42 / 11 İyul 2025
Bu yollarda tıxac var
56
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.