Qaynar xətt:

(+99450) 247 90 86

Məcburi köçkünlərə ŞAD XƏBƏR!

Məcburi köçkünlərə ŞAD XƏBƏR!

SİYASƏT

845

01.04.2019, 10:32

\"\"  Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncamı bu gündən qüvvəyə minir.
Oxu.Az-ın məlumatına görə, sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.
2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub. Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və  60 manat təşkil edəcək. Vahid aylıq müavinətin artımı 496 557 nəfər məcburi köçkünə şamil olunacaq. Qeyd edək ki, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. 2018-ci ilin mart ayının 1-dən isə bu müavinətlər 10 faiz artırılıb.