“Vyana görüşü Ermənistanı seçim qarşısında qoydu. Bunu Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri deməyə əsas verir. Danışıqlar Qarabağ münaqişəsinin həllində Azərbaycanla razılaşıb sülhə razılıq verməkdən başqa yol qoymadı”.
Bunu “Oxu24.com a açıqlamasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində pozucu mövqe nümayiş etdirərək, münaqişənin həlli mexanizmlərini müzakirə etməkdən yayınaraq, məsuliyyəti üzərinə götürmək istəmirdi:
“Bu məqsədlə o, müxtəlif təxribatçı hərkətlərə əl ataraq danışıqlar prosesindəki formatın dəyişdirilərək separatçı rejimi də danışıqlar prosesinə cəlb etməyə çalışdı. Lakin Azərbaycan dövlət başçısının düşünülmüş və uğurlu diplomatiyası nəticəsində Ermənistan tərəfinin bu niyyətləri iflasa uğradı. Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupu həmsədrləri də martın 9-da Ermənistan tərəfinin bu destruktiv hərəkətini pisləyən bəyanatla çıxış edərək, danışıqlar formatının dəyişdirilməsini yolverilməz olduğunu bildirdilər. Həmsədr ölkələrin belə bir bəyant verməsi Azərbaycan dövlətqinin gücünün, həm də Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Odur ki, Vyanda keçirilən görüşdə Azərbaycan prezidenti cənab İlham Əliyev Ermənistana Qarabağ münaqişəsinin həllində Azərbaycanla razılaşmaqdan başqa çıxış yolu qoymadı”.
Onun fikrincə, Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşü bir daha göstərdi ki, Azərbaycanın Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi düzgün mövqedir və bu təkcə bizim deyil, o cümlədən regionun maraqlarına cavab verir:
“Artıq Ermənistanın bu məsələdə Azərbaycanla razılaşmaqdan başqa yolu qalmır. Bildiyiniz kimi, bu, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk rəsmi görüş idi. Düzdür indiyədək Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyan arasında bir neçə görüş olub və bu görüşlər sadəcə tanışlıq xarakteri daşıyıb. Lakin ATƏT MQ həmsədrlərinin birgə iştirakı ilə rəsmi olaraq bu ilk görüş idi. Ölkə başçısı da qeyd etdiyi kimi, bu görüşlə danışıqlar prosesinə yenidən start verilmiş oldu və danışıqların formatı dəyişilməz olaraq qaldı”.
C.Osmanov əlavə edib ki, bu bir daha Ermənistanın gücünü, qüdrətini, prinspial və münaqişənin həllində dəyişməz mövqeyini anlayaraq geri çəkildiyini nümayiş etdirdi:
“Paşinyan anladı ki, danışıqlar prosesini pozamaq cəhdi ona necə baha başa gələ bilər. Bunu təkcə Paşinyan yox, Ermənistanı dəstəkləyən havadarları da anladı və nəticədə ATƏT MQ həmsədrləri Azərbaycanın mövqeyini dəstəkləməli oldular. Bu baxımdan Vyana görüşünü Azərbaycanın Qarabağ münaqişəsinin həllində prinsipal mövqeyinin növbəti uğuru kimi qiymətləndirmək olar. Bunu o baxımdan da uğurlu hesab etmək olar ki, görüşün yekunu olaraq XİN başçılarına danışıqların mövcud formatda, münaqişənin həllində konkret nəticələrin əldə olunması istiqamətində aparılması tapşırıldı. Bu isə problemin həllində Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsindən başqa variant yoxdur.Ona görə də Ermənistan bunu nə qədər tez anlayıb işğalçılıq siyasətinə son versə, yaxşı olar. Ermənistanın işğalçılıq siyasətinə son verməsində ilk qazanan elə Ermənistan dövləti özü olacaq. Üzləşdiyi siyasi, iqtisadi, sosial böhrandan xilas olacaq.Əks təqdirdə işğal siyasəti davam etdikcə, bundan əziyyət çəkən ancaq erməni xalqı özü olacaq”. Oxu24.com
ŞƏRHLƏR