Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11437
az

Ali Məhkəmə evi əlindən alınan şəhid ailəsi ilə bağlı açıqlama verib

10:1130 Mart, 2019
1399
SİYASƏT
  • A

 "Şəhid Sənan Axundovun adına mülk və məhkəmə qərarı olmayıb"

Azərbaycan Respublikasının ali məhkəməsi şəhid ailəsi və iş adamı arasında olam məhkəmə işi ilə bağlı məsələyə aydınlıq gətirib.

Ali məhkəmədən verilən məlumata görə,Zeynalov Novruz Qafar oğlu 13.08.2008-ci ildə “Kamran B.Ə” MMC ilə müqavilə bağlayaraq 50 kv.m qeyri-yaşayış sahəsinin 64.480 manata almış, lakin pulun 53.480 manatını hissə-hissə ödəmiş, 11.000 manatını ödəməmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2013-cu il tarixli hökmü ilə “Kamran B.Ə” MMC-nin rəhbərləri Babayev Ələkbər Tofiq oğlu, Hüseynov German İsmayıl oğlu CM-nin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə məhkum olunublar.

Həmin hökmlə Novruz Zeynalov zərərçəkmiş tanınmış və onun saxta müqavilə əsasında 53.480 manat pulunun cinayətkarlar tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi müəyyən edilib. Həmin hökmlə qərara alınıb ki, Babayev Ələkbər Tofiq oğlunun, Hüseynov German İsmayıl oğlunun və Əliyev Süleyman Adil oğlunun üzərinə həbs qoyulmuş əmlakları hesabına 53.480 manat pul tutularaq Novruz Zeynalova ödənilsin.
Sonradan həmin hissə apellyasiya məhkəməsi tərəfindən hökmdən çıxarılıb ki, Novruz Zeynalovun mülki iddiası olmayıb.

Bundan sonra Novruz Zeynalov Yasamal məhkəməsində qanuni qüvvəyə minmiş hökmlə səlahiyyətsiz hesab olunan “Kamran B.Ə” MMC-yə qarşı 2 noyabr 2017-ci ildə iddia qaldıraraq 50 kv.m qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınmasını xahiş edib. rayon məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya məhkəməsi nəticəyə gəlib ki, iddiaçının bağladığı müqavilə hökmlə “saxta müqavilə” olduğundan mülki hüquqda əhəmiyyətsiz əqd hesab olunmaqla tərəflər üçün heç bir hüquq və vəzifə yaratmır.

Kassasiya Məhkəməsi Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşmış 28 mart 2019-cu il tarixli qərarla qətnaməni dəyişdirmədən saxlayıb.
Mübahisəli obyektin şəhid Sənan Axundova aid olmasına dair işdə heç bir sübut və sənəd yoxdur. 2016-cı ilin aprel döyüşlərində iddiaçının qızı Nəcibənin əri Sənan Axundov həlak olduqdan sonra Novruz Zeynalov müraciət edərək, həmin qeyri-yaşayış sahəsini şəhid kürəkəninin vəsaiti hesabına almasını bildirib.

Sənan Axundovun sağlığında məhkəmədə iddia qaldırması, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair qərar qəbul edilməsinə nail olmasına dair göstərilənlər həqiqətə uyğun deyil. Belə bir iddia və məhkəmə qərarı olmayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu rektor təyin etdi- Sərəncam
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi- Sərəncam
Ərdoğan Putinlə telefonla danışdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO