Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11100
az

Paşinyan “Putinin NATO-su”na FACİƏVİ SSENARİ YAZDI: Dağılacaq, əgər...

23:3119 Mart, 2019
624
SİYASƏT
  • A
Ermənistanın razılığı olmadan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi təyin edilməyəcək.

Oxu24.com Ermənistan mediasına istinadən xəbər verir ki, belə bəyanatla ölkənin baş naziri Nikol Paşinyan çıxış edib.

“Ermənistanın razılığı olmadan yeni baş katib təyin edilə bilməz, əks təqdirdə bu, onu bildirəcək ki, bu struktur mövcud deyil. Bu məsələ təşkilatın üzvləri (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan –red.) tərəfindən müzakirə edilir”, - Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, İrəvanın mövqeyi ondan ibarətdir ki, erməni baş katibinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırmasından sonra bu post Ermənistanda qalmalıdır.

Qeyd edək ki, Ermənistanın nümayəndəsi olan Yuri Xaçaturov ötən il vaxtından əvvəl vəzifəsindən azad edilib. Belarus və Qazaxıstan isə İrəvana Ermənistan nümayəndəsinin təyinatı məsələsində qarşı çıxdı, halbuki, təşkilata 2020-ci ilin əvvəlinə kimi Ermənistandan olan baş katib rəhbərlik etməli idi.

2018-ci ilin dekabrıbda Lukaşenko ölkənin Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın təşkilatın baş katibi postuna təyinatı haqqında qərarı layihəsini imzalayıb. Zasın artıq öz təyinatının uyğunlaşdırılması məqsədi ilə Qırğızıstan, Qazaxıstan, Tacikistana və Rusiyaya baş çəkib.

Əlavə edək ki, KTMT siyasətçilər və analitiklər tərəfindən “Putinin NATO-su” adlandırılır Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyandan ETİRAF: "Danışıqların ancaq bir nəticəsi ola bilərdi..."
Ankara ilə Dəməşq arasında İLK ANLAŞMA: "Türkiyə mütləq mövqe tutacaq"
Putin Əsədlə görüşəcək

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı