Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
11 Sentyabr 2026, 14:06
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
307
28.05.2024, 10:14
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Oxu24.com xəbər verir ki, bu barədə dövlət katibi Blinken bəyanat yayıb.
"Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Biz son 32 ildə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq üzərində tərəfdaşlıq qurduğumuz Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk. Biz bu sahələrdə, həmçinin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid kimi getdikcə daha kritikləşən qlobal problemlərlə bağlı fəaliyyətimizi dərinləşdirmək imkanını yüksək qiymətləndiririk. Birləşmiş Ştatlar Azərbaycanın Bakıda COP29-a ev sahibliyi etməsini alqışlayırıq və biz uşaqlarımızı və nəvələrimizi daha dayanıqlı və davamlı iqlim gələcəyi təmin etmək məqsədilə COP-u uğurlu etmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. Əməkdaşlığımız Azərbaycanın demokratik inkişafına və Azərbaycan konstitusiyasına uyğun insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı öhdəliyimizlə paralel davam edəcək. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır və biz bu səyləri dəstəkləməyə, uzun müddətdir davam edən münaqişədən sonra yeni səhifəni açmaq və daha yaxşı gələcək qurmaq üçün hazırıq. Biz əlaqələri gücləndirəcək və bütün regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik. Azərbaycanın müstəqilliyi şərəfinə bu mühüm bayramda mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm", - bəyanatda vurğulanır.
16:42 / 11 Sentyabr 2026
19
16:30 / 11 Sentyabr 2026
34
16:14 / 11 Sentyabr 2026
134
15:45 / 11 Sentyabr 2026
42
15:24 / 11 Sentyabr 2026
52
15:20 / 11 Sentyabr 2026
58
15:05 / 11 Sentyabr 2026
78
15:05 / 11 Sentyabr 2026
60
15:00 / 11 Sentyabr 2026
119
14:45 / 11 Sentyabr 2026
52
14:34 / 11 Sentyabr 2026
354
14:30 / 11 Sentyabr 2026
72
14:15 / 11 Sentyabr 2026
88
14:11 / 11 Sentyabr 2026
76
14:06 / 11 Sentyabr 2026
63
13:53 / 11 Sentyabr 2026
107
13:49 / 11 Sentyabr 2026
197
13:42 / 11 Sentyabr 2026
1214
13:28 / 11 Sentyabr 2026
131
13:05 / 11 Sentyabr 2026
102
12:57 / 11 Sentyabr 2026
104
12:52 / 11 Sentyabr 2026
2050
12:48 / 11 Sentyabr 2026
308
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.