Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10788
az

Hadı Rəcəbli: Təhqirdən yorulmuşuq

12:1512 Mart, 2019
848
SİYASƏT
  • A
 
Ölkədə əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqını dövlət ödəyəcək.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.

Qeyd edək ki, bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin martın 12-də keçirilən iclasında məlumat verilib.

Qeyd edilib ki, qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə təklif olunan dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bununla yanaşı, adıçəkilən komitənin sədri Hadi Rəcəbli bildirib ki, əlilliyin müəyyənləşdirilməsi məsələsi üzərində də işlər davam etdirilir:

“Bir ildir ki, bu məsələ üzərində fikir mübadilələri, müzakirələr gedir. Çox müxtəlif variantlar irəli sürülür. Hesab edirik ki, bu məsələ ilə bağlı daha ciddi və daha təkmil qaydaların müəyyənləşdirilməsinə ehtiyac var. Hazırda müvafiq qurumlar, nazirliklər bu işlərlə məşğuldurlar.

Amma çox istəyirik ki, bizim dediklərimiz təhrif olunmasın. Bizi artıq təhqirdən də, təhrifdən də, izahat verməkdən də yorulmuşuq. Hər bir məsələ cəmiyyətə olduğu kimi çatdırılmalıdır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır