Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105516
az

ABŞ, Aİ və Ermənistan görüşü regionda proseslərə ciddi təsir edəcək - RƏY

11:4605 Aprel, 2024
248
  • A

Bu gün Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın 3 tərəfli formatda görüşü keçiriləcək. Bu görüş regiondakı proseslərə ciddi mənada təsir edəcək.

 

Oxu24.com   xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edib: “Bu onu göstərir ki, Prezident İlham Əliyevin nüfuzuna böyük hörmətlə yanaşırlar. Prezident qəti və prinsipial şəkildə bildirdi ki, bu görüşdə bizi narahat edən cəhət bu görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək, Ermənistanla keçirilən hərbi təlimlər, Avropanın Sülh Fondu tərəfindən Ermənistana maliyyə yardımı göstərilməsi məsələlərinin müzakirə olunmasıdır. Bu, regiona sülh gətirmir, çox ciddi problemlərin yaranmasına şərait yaradır. Ümid edirik ki, onlar Prezidentin bu məsələlərlə bağlı prinsipial mövqeyini nəzərə alacaq və Azərbaycan əleyhinə heç bir qərarın qəbul edilməsinə yol verməyəcək”.

Deputat Kamal Cəfərov qeyd edib ki, son altı ayda Ermənistan-Azərbaycan sərhədi ən sakit dövrünü yaşayıb: “Hazırda Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Ancaq bu gün ABŞ, Avropa İttifaqı və Ermənistan keçiriləcək görüş qərbin regional sülhlə bağlı səmimi olmamasını, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaratmaq cəhdini göstərir. Çünki bu görüş qeyri-şəffaf hazırlanıb, regional inkluzivliy və xarakter məqsədli formada nəzərə alınmayıb. Görüş qabağı ABŞ Prezidenti Co Baydenin mövcud səhhəti fonunda hazırda dövləti de-fakto idarə edən dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi və vəziyyəti izah etməyə çalışması İlham Əliyevin qlobal səviyyədə nüfuzunun və regionda Azərbaycanın rəyi nəzərə alınmadan sülh və əməkdaşlığın təmin edilməyəcəyinin göstəricisidir. Blinken Prezidentlə telefon danışığında bu görüşün Azərbaycana qarşı olmadığını, Ermənistanla ticarət əlaqələrin inkişafına həsr olunduğunu bildirib. Onun bu izahı isə heç bir halda ciddi qəbul edilə bilməz. Çünki Paris, Vaşinqton və Brüsselin Ermənistana istənilən iqtisadi çağırışı ermənilər üçün Moskva bazarı ilə müqayisə olunacaq imkanı təmin edə bilməz. Hazırda erməni məhsullarının, kapitalının və ən əsası işçi qüvvəsinin Rusiya bazarına sərbəst çıxışı var. Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərdən çoxdur. İrəvanın əsas iqtisadi və nəqliyyat infrastrukturlarının benefisiarı rus şirkətləridir. Ermənistan və Rusiya münasibətlərinin tarixini və mürəkkəbliyini dəqiq bilən Qərb Ermənistanla iqtisadi əməkdaşlıqda heç bir perspektiv görmür. Əsas məqsəd Rusiyaya qarşı Ukraynadan sonra Ermənistanda yeni cəbhə açmaqdır. Bunu da regionda yeni münaqişə ocağı yaratmaq, Ermənistanı Azərbaycana qarşı revanşa hazırlamaq yolunda görür.

Ermənistan Baş Naziri Nikol Paşinyan özünü “bəla içində qalmış bacı” kimi təqdim edərək, onu almaq istəyən hər kəsə öz geosiyasi xidmətlərini təklif edir. Ancaq erməni xalqı Qərbin Ukraynada göstərdiyi “dəstək”dən dərs çıxarmalıdır. Bu geosiyasi dərs fonunda Rusiyanın uzunmüddətli gözləmə mövqeyi və İranın müəammalı susqunluğu qərbi daha da ürəkləndirir. Bizim mövqeyimiz isə qəti və aydındır. Bu gün Azərbaycan regionda sabitlik istəyir və beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında praktiki sülhə nail olmaq üçün real imkan təklif edir. Sülh müqaviləsinin təşəbbüskarı da Azərbaycan olub, hazırda müzakirə olunan prinsiplərin müəllifi də bizik. Biz bir daha bütün tərəfləri vəziyyəti düzgün oxumağı, illüziyalara qapılmamalarını və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib ki, Ukrayna cəbhəsində uğur əldə edə bilməyən ABŞ və Qərb yeni bir cəbhə açmaq istəyir: “Burada məqsəd Rusiya üçün ikinci cəbhəni açmaqdır. Bu gün həm Rusiya, həm də Qərb Ukraynada vəziyyətə görə çox çətin durumdadır. Ermənistanı yaradan Rusiyadır, Qərb Ermənistanı Rusiyanın əlindən çıxarmaq istəyir. Ermənistan Azərbaycanın yox, Rusiyanın forpostudur, Rusiya narahat olsun. Azərbaycan sərhədlərini bərpa edib, sülh müqaviləsi istəyir”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyandan ETİRAF: "Danışıqların ancaq bir nəticəsi ola bilərdi..."
Ankara ilə Dəməşq arasında İLK ANLAŞMA: "Türkiyə mütləq mövqe tutacaq"
Prezident təsdiqlədi:Yanvarın 1-dən...

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu