Şoyqudan Paşinyana sərt sözlər
17 Sentyabr 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
399
04.04.2024, 21:55
Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub.
Söhbət zamanı 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib.
Avropa Komissiyasının Prezidenti Avropa İttifaqının humanitar minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.
09:14 / 18 Sentyabr 2026
4
09:13 / 18 Sentyabr 2026
10
04:19 / 18 Sentyabr 2026
115
04:18 / 18 Sentyabr 2026
296
23:58 / 17 Sentyabr 2026
155
23:48 / 17 Sentyabr 2026
95
23:46 / 17 Sentyabr 2026
199
23:38 / 17 Sentyabr 2026
286
23:33 / 17 Sentyabr 2026
88
23:20 / 17 Sentyabr 2026
102
23:10 / 17 Sentyabr 2026
120
22:42 / 17 Sentyabr 2026
248
22:29 / 17 Sentyabr 2026
97
22:17 / 17 Sentyabr 2026
96
22:15 / 17 Sentyabr 2026
365
21:59 / 17 Sentyabr 2026
109
21:46 / 17 Sentyabr 2026
195
21:39 / 17 Sentyabr 2026
132
21:27 / 17 Sentyabr 2026
466
21:24 / 17 Sentyabr 2026
188
20:35 / 17 Sentyabr 2026
274
20:30 / 17 Sentyabr 2026
85
20:26 / 17 Sentyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.