Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
2705
11.04.2023, 11:53
Bakıda ordudan tərxis olunmaq istəyən hərbçini aldadaraq 10 min manatını alıblar.
“Qafqazinfo”nun məlumatına görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tibb xidmət rəisi kimi çalışan leytenant Əlyar Muradov (şərti soyad) dostu vasitəsilə tanış olduğu Toğrul Məmmədov tərəfindən aldadılıb. Ə.Muradov pulu verdikdən sonra ordudan tərxis edilmədiyi üçün T.Məmmədov barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb.
Toğrul Məmmədov məhkəmədə bildirib ki, 1992-2000-ci illərdə Tərtər və Füzulidə hərbçi kimi xidmət aparıb: “Qarabağ əliliyəm. 2022-ci ildə bir tanışım bir nəfər hərbi həkimin ailə vəziyyəti ilə əlaqədar xidmət edə bilmədiyi üçün ordudan tərxis olunmaq istədiyini dedi. Ona kömək edəcək adam axtardığını bildirdi. Ordudan tərxis olunmanın qaydalarını bildiyim üçün ona kömək edə biləcəyimi dedim.
Həmçinin oxuyun
Həmin adamla görüşüb danışdıq. Əlyar dedi ki, kömək etsəm, hörmətimi edəcək. Həmin vaxt maddi sıxıntılarım olduğu üçün Əlyardan pulu almaq qərarına gəldim. “Şərəf məhkəməsi” yolu ilə ordudan tərxis olunmasını təşkil edəcəyimi dedim. İki dəfəyə 10 000 manat pul aldım. Bir müddət sonra Əlyar tərxis olunmağını tövsiyə edən qərar verildiyini bildirdi. Bir ay sonra zəng edib qərardan imtina edildiyini dedi. Pulu qaytarmağımı istədi. Mən də pulu xərclədiyim üçün həmin vaxt yox, bir müddət sonra hissə-hissə qaytardım”.
Əlyar Muradov da məhkəmədə ziyanın tam ödənildiyini təsdiq edib. Təqsirləndirilən şəxsdən şikayəti olmadığını bildirib. Nərimanov Rayon Məhkəməsi bunu yüngülləşdirici hal kimi nəzərə alaraq həbslə bağlı olmayan hökm çıxarıb. T.Muradova 3 il 7 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Belə ki, o, bu müddətdə axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməməli, üzərində GPS tipli nəzarət vasitəsini gəzdirməlidir.
23:30 / 13 Dekabr 2025
13
22:45 / 13 Dekabr 2025
134
22:30 / 13 Dekabr 2025
71
22:28 / 13 Dekabr 2025
80
22:22 / 13 Dekabr 2025
76
22:11 / 13 Dekabr 2025
161
21:58 / 13 Dekabr 2025
317
21:34 / 13 Dekabr 2025
858
21:21 / 13 Dekabr 2025
70
21:19 / 13 Dekabr 2025
92
21:15 / 13 Dekabr 2025
69
21:02 / 13 Dekabr 2025
64
20:49 / 13 Dekabr 2025
324
20:44 / 13 Dekabr 2025
80
20:36 / 13 Dekabr 2025
70
20:26 / 13 Dekabr 2025
70
20:01 / 13 Dekabr 2025
266
19:53 / 13 Dekabr 2025
86
19:21 / 13 Dekabr 2025
515
19:16 / 13 Dekabr 2025
115
18:32 / 13 Dekabr 2025
1018
18:12 / 13 Dekabr 2025
169
18:02 / 13 Dekabr 2025
120
17:43 / 13 Dekabr 2025
2227
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.