Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
2913
04.11.2022, 23:48
“Bizim Market” MMC-nin tərkibində yerləşən “Bizim Market” və “Novas Home” mağazalar şəbəkəsinin işlədilməsi başqa şirkətə həvalə edilib. Şirkət gələcək fəaliyyətlərini “Grandmart”, “Bolmart” və “Megastore” supermarketlər şəbəkələri ilə birgə davam etdirmək qərarı alıb.
Elə bəzi əməkdaşların problemləri də bundan sonra başlayıb. Şirkət əməkdaşları iddia edirlər ki, məhz bu qərardan sonra marketlərdə əskik gələn malların pulları mağaza müdirlərinin ayağına yazılıb. Onlardan biri də “Bizim Market”in Suraxanı rayon filialını müdiri Mirəziz Seyidovdur: “Mənim mağazamın təhvilindən sonra “Bizim marketin” icraçı direktoru Fərid Ələkbərov məni çağırıb dedi ki, 5800 manat ver. Ondan sonra əmək kitabçanı sənə qaytaracağıq. Verməsən, nə əmək kitabçanı nə də əmək haqını sənə verməyəcəyik. Hətta səni başqa şirkətə keçməyə də qoymayacağıq. Açıq-aşkar hədə-qorxu gəldilər”.
Şəbəkənin Badamdar filialının müdiri Turqay İskəndərov da iddia edir ki, mağazanın təhvil-təslim prosesi zamanı ondan müxtəlif yollarla 7800 manat tələb olunur: “Təhvil-təslim prosesində mən əmin idim ki, artığım var. Yekun etibarı ilə mənə dedilər ki, guya 7800 manat, 78 qəpik əskiyim var. Bu süni şəkildə rəqəmlərin şişirdilməsindən yaranan prosesdir. Mənim burada heç bir payım yoxdur. Sentyabrın 23-də bizdən işdən çıxmaq üçün ərizə aldılar. Ərizədən sonra məni ofisə çağırdılar ki, gəl 7800 manat 78 qəpiyi bizə ver. Verməyəcəyin təqdirdə biz sənin əmək kitabçanı vermirik. Məni Fərid Ələkbərov ailəmlə də hədələdi. Adam deyir ki, hara istəyirsən şikayət et, burada ağa da mənəm, xan da”.
Şirkətin digər əməkdaşı Orxan Hüseynov isə iddia edir ki, ondan tələb edilən məbləği məcburi şəkildə ödəyərək sənədlərini alıb, bundan sonra başqa işlə təmin edilib: “Məndən 600 manat pul tələb etdilər, dedilər guya şirkətin əskiyi var mən də verdim. Daha sonra dedilər get maaş kartına pul oturub onu çıxar gətir sənin əmək kitabçanı qaytaraq. Mən elə də etdim və aldım”.
Məsələ ilə bağlı münasibətlərini öyrənmək üçün “Bizim Market” MMC-nin baş ofisinə yollandıq. Mühafizə xidməti direktorun yerində olmadığını bildirdi.
Elə ərazidəcə Fərid Ələkbərovla əlaqə saxladıq. Hazırda təhvil-təslim prosesi olduğu üçün sahədə olduğunu bildirdi. İddialarla bağlı suallarımızdan isə yayındı.
Həmçinin oxuyun
Bir az sonra özünü şirkətin hüquqşünası kimi təqdim edən Eldəniz Alxasov adlı şəxs bizimlə əlaqə saxladı: “Mənə xəbər gəldi ki, sizinlə danışım. Heç kimin əmək kitabçası əlindən alınmayıb. Onlar bizə işdən çıxma ərizəsi də təqdim etməyiblər. Yoxlamamız nəticəsində 3000-5000 çıxa bilər. Ola bilər ki, orada 5-10 manat əskik və ya artıq olsun. İş prokurorluqda olanda audit təşkil edib araşdırırlar. Bu son nəticədə bəlli olacaq”.
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Aynur Osmanqızı APA TV-yə bildirdi ki, hazırda məsələ araşdırılır: “Həmin şəxslər tərəfindən oktyabr ayında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciətlər daxil olub. Müraciətlər hazırda araşdırma mərhələsindədir. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qarşı tərəfə sorğular göndərilib. Araşdırmanın nəticələrinə dair qanunauyğun tədbirlər görüləcək”.
Şikayətçilər onu da bildirdilər ki, “Bizim Market” MMC-nin tərkibində yerləşən “Bizim Market” və “Novas Home” mağazalar şəbəkəsinin işlədilməsinin başqa şirkətə həvalə edilməsinə əsas səbəb yoxlamalar nəticəsində üzə çıxan külli miqdarda vergi yayınmalarıdır.
22:45 / 13 Dekabr 2025
71
22:30 / 13 Dekabr 2025
47
22:28 / 13 Dekabr 2025
56
22:22 / 13 Dekabr 2025
51
22:11 / 13 Dekabr 2025
113
21:58 / 13 Dekabr 2025
267
21:34 / 13 Dekabr 2025
746
21:21 / 13 Dekabr 2025
63
21:19 / 13 Dekabr 2025
79
21:15 / 13 Dekabr 2025
60
21:02 / 13 Dekabr 2025
56
20:49 / 13 Dekabr 2025
303
20:44 / 13 Dekabr 2025
70
20:36 / 13 Dekabr 2025
65
20:26 / 13 Dekabr 2025
68
20:01 / 13 Dekabr 2025
256
19:53 / 13 Dekabr 2025
83
19:21 / 13 Dekabr 2025
373
19:16 / 13 Dekabr 2025
111
18:32 / 13 Dekabr 2025
1000
18:12 / 13 Dekabr 2025
167
18:02 / 13 Dekabr 2025
115
17:43 / 13 Dekabr 2025
2046
17:09 / 13 Dekabr 2025
109
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.