Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
3443
28.10.2021, 22:48
Ağdam rayonu, Üçoğlan kənd sakinləri olan bacı-qardaş Təvəkkül Sadıqov və Esmira Sadıqovanın bu ilin əvvəlindən pensiyaları kəsilib.
Oxu24.com "qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə onların bacısı Narıngül Sadıqova məlumat verib. O qeyd edib ki, bacı və qardaşı ruhi xəstəlikdən əziyyət çəkirlər:
“Bu ilin əvvəlindən hər ikisinin pensiyası kəsildi. Dedilər ki, təkrar müayinə olunmalıdırlar. Qardaşım bir dəfə müayinə olundu, ona yenə imtina cavabı gəldi. İkinci dəfə müayinə sənədləri sistemə vurulsa da, hələ ki, ona cavab gəlməyib. Bacımın isə sənədlərini Ağdam Rayon Ruhi Dispanserində həkimlər itiriblər. Dispanserdən deyirlər ki, yenidən müayinədən keçin, göndərək sənədləri. Ancaq buna imkanımız yoxdur. Hər iki şəxs yaşlı atamın himayəsində yaşayırlar. Pensiyaları olanda yenə özlərini dolandıra bilirdilər. İndi çox çətin vəziyyətdə qalıblar. Həm də bunlar ruhi xəstə olduqları halda niyə pensiyaları kəsilməlidir?!"
Təvəkkül Sadıqovun problemi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Qurbanov bildirib ki, Ağdam rayon sakini Sadıqov Təvəkkül Qaraxan oğlunun əlillik müddəti bu ilin fevral ayında bitib:
"Tibb müəssisəsinin T.Sadıqovla bağlı e-sistemə daxil etdiyi göndəriş (forma 88) əsasında 27.05.2021-ci il tarixində əlilliyinin təkrar qiymətləndirilməsi zamanı göndərişin natamam tərtib edildiyi müəyyən olunub. Yəni, əqli geriliyin diaqnostikası İQ səviyyəsinin yoxlanması vasitəsilə aparılır. T.Sadıqovla bağlı göndərişdə əqli geriliyin səviyyəsini müəyyən etməyə əsas verən bu testin aparıldığı əksini tapmayıb. Bu səbəbdən ona əlillik təyinatı aparmaq mümkün olmayıb. T.Sadıqov ixtisaslaşmış tibb müəssisəsində İQ testləri etdirdikdən və bu barədə göndərişdə məlumat qeyd olunduqdan sonra onun əlilliyinin qiymətləndirilməsi aparılaraq müvafiq qərar qəbul ediləcək”.
Esmira Sadıqovanın sənədlərinin itirilməsi məsələsi ilə bağlı isə Ağdam rayon Ruhi-Əsəb Dispanseri bildirildi ki, yanaşı xəstəlikləri ilə əlaqədar vətəndaşın sənədləri bu ilin fevral ayında Rayon Mərkəzi Xəstəxanasına təqdim edilməsi üçün onun qohumlarına verilib:
"Hazırda vətəndaşın özü və yaxınları da bunu təsdiqləyir".
Yeni qərarlar barədə açıqlama: "Bu məhdudiyyətlər olacaq..."
09:50 / 10 Noyabr 2026
46
09:46 / 10 Noyabr 2026
48
09:35 / 10 Noyabr 2026
80
09:26 / 10 Noyabr 2026
122
09:19 / 10 Noyabr 2026
96
08:56 / 10 Noyabr 2026
166
08:46 / 10 Noyabr 2026
156
08:42 / 10 Noyabr 2026
1139
05:37 / 10 Noyabr 2026
149
05:27 / 10 Noyabr 2026
238
04:34 / 10 Noyabr 2026
150
04:12 / 10 Noyabr 2026
213
02:34 / 10 Noyabr 2026
180
02:02 / 10 Noyabr 2026
165
01:30 / 10 Noyabr 2026
421
01:19 / 10 Noyabr 2026
580
01:00 / 10 Noyabr 2026
254
00:25 / 10 Noyabr 2026
1276
00:20 / 10 Noyabr 2026
171
00:14 / 10 Noyabr 2026
566
00:08 / 10 Noyabr 2026
170
23:52 / 09 Noyabr 2026
314
23:52 / 09 Noyabr 2026
2770
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.