"Şərurlu İsfəndiyar"dan şikayət bitmir — 39 min dolları və evi əlindən çıxan vətəndaş faktları açıqladı (VİDEO)
01 May 2025, 13:35
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
2596
14.05.2020, 11:39
Son illərdə bir çox qız və qadınların üz tutduğu plastik cərrahiyə əməliyyatları ölüm təhlükəsi yüksək olan əməliyyatlardan sayılır. Belə ki, qarındakı piylər çıxarılarkən piy qalığının venoz damarlara düşməsi emboliyaya səbəb olur.
Son ölüm halı isə may ayının 11-də “Baku Medical Plaza”da qeydə alınıb.
Oxu24.com bildirir ki, əslən Qəbələ rayonundan olan 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Onun həkimi məşhur plastik cərrah Sirus Qoçxani olub. Məlumata görə, hadisə yerində olan T.Musazadənin anası bildirib ki, bundan öncə də qızı 2 dəfə plastik əməliyyat keçirib. Bu dəfə isə o, xarici görünüşündən narazı olması ilə bağlı növbəti dəfə xəstəxanaya müraciət edib. Onun üzərində gluteoplastika- popo şəkilləndirmə əməliyyatı keçirilib.
Xətai rayon prokurorluğunun əməkdaşları və məhkəmə-tibbi eksperti tərəfindən hadisə yerinə və meyitə baxış keçirildikdən sonra meyit daxili müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyininə təhvil verilib. İşi araşdıran Xətai rayon prokurorluğunun müstəntiqi Araz Tağıyevin “Yeni Sabah”a verdiyi məlumata görə, təyin olunan məhkəmə-tibbi ekspertizanın rəyindən sonra fakta hüquqi qiymət veriləcək. Baş vermiş ölüm faktı ilə bağlı hələlik heç kim dindirilməyib.
Məlumat üçün bildirək ki, Turanə Musazadə əməliyyat üçün “Baku Medical Plaza”ya 7 min manat ödəniş edib.
Qeyd edək ki, ötən ilin may ayında “Baku Medical Plaza”da Sirus Qoçxani öz həkim həmkarının da ölümünə səbəb olmuşdu. Liposaksiya əməliyyatı keçirən, özü də Elmi-Tədqiqat Ağciyər İnstitutunda həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanımının əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgün infarkt keçirib.
Araşdırmalarımız zamanı məlum oldu ki, Sona Gürgün vəfat edən zaman müğənni Zenfira İbrahimova piylərini çıxartdırmaq üçün estetik-cərrah Sirus Qoçxaniyə müraciət etsə də, son anda qərarından vaz keçərək, əməliyyat otağından qaçıb.
Bundan başqa estetik-cərrah Sirus Qoçxani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman “Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.
S.Qoçxani o zaman mətbuata açıqlamasında deyib ki, Leyla Oruclu pioemboliya diaqnozundan dünyasını dəyişib:
“Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla 25 iyun tarixində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi”.
Həkim Leylanın əməliyyata girməsinin səbəblərini açıqlayıb:
Həmçinin oxuyun
“21 yaşlı Leyla model idi. Buna baxmayaraq, onun qarın və bel nahiyyəsində piylənmə gedirdi. Bundan narahat idi. Ancaq o, kök deyildi. Bu piylənmə modelliyinə görə ona artıqlıq edirdi. Kompleksinə görə işini müvəqqəti dayandırmışdı. İşinə başlamaq üçün əməliyyatı özünə vacib bilirdi. Mən ona dedim ki, qızım, bu, sənə lazım olan əməliyyat deyil. Ancaq mənimlə razılaşmadı. Çox xahiş etdiyi üçün əməliyyatı etməli oldum. O, əməliyyatdan qabaq təəssüflər olsun ki, yaxınları ilə məsləhətləşməyib. Mən də onun yetkinlik yaşını nəzərə alıb bu barədə sorğu-sual aparmamışam. Bu cür xəstələrin 1-3 faizi dünyasını dəyşir. Əməliyyat öncəsi Leyla ilə söhbət aparıb müvafiq sənədləri imzalatmışıq”.
Xatırladaq ki, Siruz Qoçxaninin bu əməliyyatlarına qarşı onun həmkarları da çıxıb. Leyla Şıxlınskaya klinikasında çalışan cərrah Rafiq Dəmirçalov bildirib ki, iranlı estetik cərrah Sirus Qoçxanini “Milana” hospitalından qovub:
“İranlı estetik cərrah Sirus Qoçxaninin əməliyyat etdiyi 22 yaşlı model dünyasını dəyişdi. Burada ölümə səbəb əsasən həkim səriştəsizliyidir. Əvvəla gənc, həm də model olan bir qızı əməliyyata alarkən onun valideyinləri ilə məsləhətləşmə aparılmalı idi. Bunu etməyiblər. Pula görə belə işlər görmək olmaz. Mən özüm “Milana” hospitalda direktor olanda Sirus Qoçxani mənim işçim idi. Neçə dəfə mən onun əməliyyatını dayandırdım. Kassanın pulunu ödətdirmədən xəstəni əməliyyata alır. Olmaz. Bax belə şeylərə görə mən onu “Milana” hospitaldan qovdum. Sirus Qoçxani ildə az qala neçə nəfəri bu günə qoyur”.
Qeyd edək ki, bizim sənət adamları Sirus Qoçxaninin cərahi əməliyyatı etdiyi bir neçə şəxsin öldüyünü bilə-bilə yenə onun yanına getməkdə davam edirlər. Belə ki, bu gün səhər saatlarında müğənni Rəqsanənin qızı Aysun əməliyyatla bağlı Qoçxaninin yanına getməsini instaqram hesabında paylaşım edib. Ötən il Sona Gürgünün vəfatından sonra da müğənni Xatirə İslam Sirus Qoçxaniyə dəstəklə bağlı ikisinin birgə olduğu şəkili instaqram hesabında paylaşaraq belə bir cümlə yazmışdı: “Mənim gözəl həkimim. Darıxmışam sizsiz”.
Sonda əslən iranlı olan Sirus Qoçxaninin Baku Medical Plazada özü barədə yerləşdirdiyi məlumatlar: 2006-2009-cu illərdə İranın Kuhenur klinikasında baş həkim, 2008-2015-ci illərdə Xətai klinikasında baş həkim, estetik cərrah, 2015-2017-ci illərdə Nordic Beynəlxalq Tibb Mərkəzində baş cərrah, estetik cərrah, 2018-ci ildən bu günə kimi isə Baku Medical Plazada estetik cərrah işləyir. Ancaq onun tibbi təhsilinin olmadığıda bildirilir.
Maraqlı burasıdır ki, Sirus Qoçxani nə Zəfəran, nə də Milano klinikasında işləməsi ilə bağlı məlumatı yerləşdirməyib. Həmçinin faktiki mətbuatda ictimailəşən 3 ölüm faktı ilə bağlı Sirus Qoçxaniyə hüquq-mühafizə orqanları tərəfindən hər hansı cəza verilməyib.
17:45 / 07 May 2025
Vahid Əliyevlə bağlı üzücü xəbər
1
17:32 / 07 May 2025
Paşinyan erkən seçkilərin keçirilməsini istəmir
6
17:30 / 07 May 2025
Abbas İsmayılov nazir müavini vəzifəsindən AZAD EDİLDİ
8
17:19 / 07 May 2025
Prezident İlham Əliyevin Vyetnam KP MK Baş katibi ilə məhdud tərkibdə görüşü olub
18
17:03 / 07 May 2025
Sabah 29° isti olacaq
23
17:00 / 07 May 2025
1-ci kurs tələbəsi faciəvi şəkildə dünyasını dəyişdi
182
16:35 / 07 May 2025
Bank necə icazə verir ki, başqası adımıza kredit götürür?
32
16:32 / 07 May 2025
Moskvaya gedən prezidentin təyyarəsi təcili BAKIYA ENDİ
48
16:22 / 07 May 2025
Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ
514
16:03 / 07 May 2025
İlham Əliyev bu qanunlara dəyişiklik etdi
288
15:28 / 07 May 2025
Bu ölkə Hindistan və Pakistan arasında vasitəçi kimi çıxış etməyə hazırdır
51
15:25 / 07 May 2025
ŞAD XƏBƏR - 8 saatdan çox işləyənlərin maaşları artacaq
239
15:11 / 07 May 2025
Tutulan şəxslərin şok əməlləri üzə çıxdı — FOTO
278
15:07 / 07 May 2025
Polşa hovuz əvəzinə sığınacaq tikməyi təklif edir
52
15:03 / 07 May 2025
Pakistan hərbi əməliyyatların dayandırılması şərtini açıqlayıb
58
14:59 / 07 May 2025
Xanım Aktotı Raimkulova cənab Rüfət Mahmud ilə görüşüb
61
14:48 / 07 May 2025
Elan! “Caspian Equipment Company” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
60
14:47 / 07 May 2025
Azadlığa çıxan çoban 1 gün sonra yenidən həbs edildi
63
14:34 / 07 May 2025
Bank necə icazə verir ki, başqası adımıza kredit götürür?
62
13:45 / 07 May 2025
Azyaşlıya əxlaqsız hərəkətlər etmiş Hacı Salmana - Hökm oxundu
93
12:40 / 07 May 2025
Sabah hava necə olacaq?
83
12:11 / 07 May 2025
Bakıda HİV viruslu xəstələr niyə əməliyyat olunmur? — Tanınmış həkimlərin “yox” cavabının məsuliyyəti (ARAŞDIRMA)
1320
12:03 / 07 May 2025
Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? - Video
119
11:53 / 07 May 2025
Azərbaycan Pakistana qarşı hərbi hücumları pisləyib
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.