"Hazırda seçki məntəqələrində seçkilərin nəticələrinin hazırlanması prosesi gedir".
Oxu24.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova deyib.
Onun sözlərinə görə, seçkilər başlayandan indiyə qədər MSK-nın “Qaynar xətti”nə informasiya və sorğu xarakterli müraciətlər daxil olub: “Onların içərisində seçki hüquqlarının pozulması ilə bağlı müraciət yoxdur. Əgər hər hansı şikayət daxil olarsa, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq baxılacaq və araşdırılacaq”.
MSK katibi bildirib ki, hazırda nəticəsi bəlli olan dairə yoxdur.
Oxu24.com
ŞƏRHLƏR