Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
5984
10.11.2025, 10:08
Hərbidə sağlamlığını itirsə də,pensiyasını ala bilmir.
Bu barədə Oxu24.com-a müraciət edən Şirxan Vaqif oğlu Mahmudov bildirib.
Qazax rayonu,Dəmirçilər kənd sakini olan şikayətçi bildirib ki,hərbi xidmət zamanı onda əlillik yaranıb.Bu səbəbdən də ona II qrup olmaqla 5 illik əlillik pensiyası təyin olunub.5 il aldıqdan sonra pensiyası heç bir əsas göstərilmədən kəsilib.
“2012-ci ilin iyul ayında hərbi xidmətə getdim.2014-cü ilin yanvar ayında xidməti başa vurub,könüllü olaraq hərbidə qaldım.Həmin ilin may ayının 31-də xidmətdə olduğum müddətdə səhhətimdə qəfil problem yarandı.Müayinələr zamanı mənə "onikibarmaq bağırsağın perforativ xorası diqnozu" qoyuldu və əməliyyat olundum.Hərbi Həkim Komissiyasının rəyi əsasında mənə 5 il müddətinə pensiya təyin edildi.2020-ci ildən etibarən pensiyam kəsildi.Mənə həkimlər bildirdilər ki,sən sağalmısan,daha pensiya ala bilməzsən.Mən bu cavabla razılaşmasam da,komissiyada şikayətimə baxan olmadı.Bu gün həmin diqnozu mənə qoyan həkimlərdən sağlamlıq haqqında arayış tələb edirəm.Əgər,sağlamamsa,arayış versinlər və yenidən hərbiyə qayıdım.Bu,arayışı da mənə verən yoxdur.Çünki sağlam deyiləm.Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etsəm də,baxan olmadı.Bəhanə ediridlər ki,müharibədən sonrakı dönəmdir.Qazi,pensiya alan çoxdur.İndi yenidən bununla bağlı müraciət edirəm və haqqımı tələb edirəm”,-deyə şikayətçi bildirib.
Oxu24.com vətəndaşın şikayəti ilə bağlı aidiyyatı qurumlara sorğu ünvanlayıb.
Miri Məcidli
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.