Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
2329
18.08.2025, 14:21
Son günlər vətəndaşların müxtəlif yollarla aldadılması hallarına rast gəlinir.
Oxu24.com CityPost.az-a istinadən xəbər verir ki,xüsusi ilə "tiktok" platformasında bu hallara geniş rast gəlinir. Belə ki, "Ada Fabrik - mebeldunyasıyedek" profilində mebellə bağlı müxtəlif cür elanlar paylaşılır."Tiktok" (Bu linkdə) və "İnstagram" (Bu linkədə)platformalarında paylaşılan elanlarda vətəndaşlara müxtəlif cür mebellər təklif olunur. Bu üsulla vətəndaşları cəlb edən elan sahibləri pulları öncədən aldıqdan sonra yoxa çıxırlar. Vətəndaşların nömrələrini "qara siyahı"ya salan səhifə adminləri bu yolla növbəti qurbanlarını tora salırlar.
Bu mövzu ilə bağlı saytımıza şikayət edən vətəndaş Azər Orucov bildirib ki,sözügedən şəxslərin qurduğu oyunun növbəti qurbanı olub.O,051 593 85 14 "WhatsApp" nömrəsi ilə əlaqə saxlayıb. 10 ədəd stul,1 ədəd stol üçün qarşı tərəfin təqdim etdiyi kart hesabına 750 AZN (Bu hesab Sevda.M adlı şəxsə məxsusdur) və 300 AZN (Bu hesab Vasif. Y adlı şəxsə məxsusdur) ödəniş edib.

Ödəniş qəbzləri
Şikayətçinin sözlərinə görə, ödənişi etdikdən bir müddət sonra qarşı tərəf onun nömrələrini "qara siyahı"ya salıb və zənglərinə cavab verməyib.Aldadıldığını başa düşən vətəndaş DİN-in 102 zəng xidmətinə şikayətini bildirib.
Azər Orucovun sözlərinə görə,fırıldaqçılar vətəndaşları inandırmaq üçün nüfuzlu "ADA" Universitetinin adından da istifadə ediblər.
"Sifarişi götürən şəxs telefon danışığı zamanı bildirdi ki, “ADA Universiteti”nin nəzdində fəaliyyət göstərirlər. Adlar da eyni olduğu üçün onlara inandım. İşlətdikləri "whatsapp" hesabının profil şəklində də "Ada fabrik" sözləri əks olunub. 1500 AZN dəyərində 10 stul və 1 stol sifariş verdim.Onların tələblərinə uyğun olaraq əvvəlcə 750 AZN,sonra isə 300 AZN onların təqdim etdiyi kart hesabına ödəniş etdim.Qalan məbləği isə şifahi razılaşmaya əsasən təhvil-təslim zamanı ödəməli idim.Həmin şəxlsər indi zənglərimə və mesajlarıma cavab vermir.Telefon nömrəmi “qara siyahı”ya salıblar",-deyə vətəndaş bildirib.
Sözügedən şəxslərlə bağlı qarşı tərəflə əlaqə saxlamaq istəsək də,zənglərimizə cavab vermədilər.
Mövzunu diqqətdə saxlayacağıq.
Miri Məcidli
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.