Dünya bazarlarında neft ucuzlaşıb
26 Oktyabr 2026, 09:30
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
700
11.03.2020, 16:19
Dünya birjalarında neft qiymətinin aşağı düşməsi bəzi ölkələrdə benzinin qiymətinin ucuzlaşmasına səbəb olub.
Metbuat.az xəbər verir ki, ötən gün Prezident Rəcəb Tayyib Ərdoğan da neftin qiymətinin düşməsini qiymətləndirərkən əhaliyə şad xəbər verdi. Prezidentin qərarına əsasən benzinə və mühərrik yanacağına endirim tətbiq edilib.
Bəs, əsas neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bununla bağlı hansısa dəyişiklik gözlənilir?
Metbuat.az-a bu barədə məlumat verən Azərbaycan Dövlət Neft Şirkəti (ARDŞ) SOCAR-ın İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirdi ki, bu məsələdə Tarif Şurasının qərarı əsasdır.
''Biz yalnız Tarif Şurasının qərarına əsasən fikir bildirə bilərik. Onlar qiyməti müəyyən edir bu da hammı üçün etibarlıdır.''
Sonuncu dəfə 2015-ci il hadisələrindən sonra Tarif Şurası dünya bazarlarında baş verənlərə baxmayaraq ölkədə benzinin ucuzlaşması üçün əsas olmadığını söyləmişdi. Onlar bu fikirləri onunla əsaslandırmışdılar ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması ona təsir edən amillər yəni neftin emalına,vergilər, istehsal xərclərinin səbəbindəndir.
Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də öz növbəsində Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda benzinin qiymətinin aşağı salınması müzakirə mövzusu deyil:
"Neftin qiymətinin ucuzlaşması ilə bağlı benzinin qiymətinin ucuzlaşdırılması üçün SOCAR Tarif Şurasına müraciət etməyib".
Mətbuat.az saytına bu məsələ ilə bağlı fikirlərini bildirən iqtisadçı ekspert Elşad Məmmədov dedi ki, qarşıdakı illərdə benzinin ucuzlaşması gözlənilmir.
''Benzinin ucuzlaşmasını mən gözləmirəm.İqtisadi təcrübələr onu deyir ki, neft müəyyən həddə qədər artandan sonra artımla bağlı məsələlər həll olunsa da benzinin qiymətinin azaldımasını gözləmək düzgün deyil. SOCAR hər dəfə dünya bazarında neftin qiyməti ucuzlaşanda müəyyən arqumentləri ortaya qoyur. Bu arqumentlər odur ki,əgər yanacağın qiyməti azaldılsa, dünya bazarında neft baha olduğu üçün benzini kənara çıxardacaqlar. Bu baş verəndə isə qarşısı alınmaz olacaq. Mən düşünürəm ki, dövlət tərəfindən bu məsələyə birbaşa müdaxilə olmasa digər qurumlar benzinin ucuzlaşdırılmasında maraqlı olmayacaq. Qarşıdakı illərdə də benzinin qiymətinin ucuzlaşması gözlənilən proqnozlara daxil deyil.''
Dünya birjalarında bazar ertəsindəki enmələrdən sonra bu gün Brent markalı neftin 1 bareli 38,66 dollar, WTI markalı neftin 1 bareli 35,41 dollardır.
Məlumat üçün bildirək ki, hazırda Honq Konqda benzinin 1 litri 2,23 dollar, Monakoda 1.96 dollar, Yunanıstanda 1,78 dollar, İtaliyada 1,73 dollar, Fransada 1,62 dollar, Almaniyada 1,54 dollar, İspaniyada 1,44 dollar, Türkiyədə 10,9 dollar, Çində 0,98 dollar, Gürcüstanda , 0.90 dollar, Rusiyada 0.63 dollar, Birləşmiş Ərəb Əmirliklərində 0.56 dollar, Azərbaycanda 0.47 dollardır.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.