Qaynar xətt:

(+99450) 247 90 86

Beyləqanda 4 nəfərin qətli: Hərəsinə iki güllə vurulub - TƏFƏRRÜAT

Beyləqanda 4 nəfərin qətli: Hərəsinə iki güllə vurulub - TƏFƏRRÜAT

REDAKTORUN SEÇİMİ

507

03.12.2022, 11:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirilməsi hadisəsinin bəzi yeni təfərrüatı və hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin ittiham edildiyi maddə məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, F.Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə, ailələr arasında 2010-cu ildən ədavət olub.
Belə ki, həmin il F.Cəlilzadənin atası münaqişə zəminində qonşusu Nadir Quliyevi öldürməyə cəhd edib və o, məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Lakin 6 il həbs cəzasından sonra azadlığa buraxılıb. Ailələr arasında münasibətlər daha da pisləşib. Dekabrın 2-də F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib. F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub. Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub. Hazırda istintaq davam edir.