Qaynar xətt:

(+99450) 247 90 86

“Sabah” -“Slaviya” oyunun qalibi MÜƏYYƏNLƏŞDİ

“Sabah” -“Slaviya” oyunun qalibi MÜƏYYƏNLƏŞDİ

İDMAN

148

13.10.2026, 23:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start verilib.

Oxu24.com  xəbər verir ki, Azərbaycan çempionu “Sabah” turnirdə ilk ev oyununa çıxıb. Azərbaycan çempionu Praqa “Slaviya”sını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən matçı avstriyalı hakimlər idarə edib. Görüş "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 2-ci turun ilk 2 oyunundan sonra “Sabah” 3 xalla 17-ci yeri tutur.

Xatırladaq ki, ilk turda “Sabah” səfərdə “Mançester Yunayted”ə (0:4), “Slaviya” isə öz meydanında “Lans”a (2:3) uduzub. 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, II tur

13 oktyabr

20:45. “Sabah” (Azərbaycan) - “Slaviya” (Çexiya) - 2:0

Qollar: Kahim Perris, 49, Coy Lens Mikels, 88

Hakimlər: Sebastian Qishamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann, Alan Kiyas (VAR), Josef Spurni (AVAR)

Bakı Olimpiya Stadionu