Nəsimi Musayevlə bağlı ŞOK:Uşaqların telefonlarını alıb?
03 Noyabr 2026, 18:53
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
217
14.10.2026, 09:36
İraq Baş naziri və Silahlı Qüvvələrin Baş Komandanı Əli əz-Zeydi ölkə ordusuna döyüş hazırlığını ən yüksək səviyyəyə qaldırmağı əmr edib.
Oxu24.com xəbər verir ki, İraq Baş nazirinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Əli əz-Zeydi ölkənin təhlükəsizlik vəziyyəti və ordunun hazırkı imkanlarını qiymətləndirmək məqsədilə hərbi qüvvə komandirləri, müşavirlər və müvafiq rəsmilərlə geniştərkibli iclas keçirib.
Görüşdə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Hava Hücumundan Müdafiə (HHM) sistemləri və ordu aviasiyasının mövcud potensialı, eləcə də, ehtiyac duyulan müasir texniki təchizat müzakirə olunub.
Hərbi texnologiyaların inkişafının vacibliyini vurğulayan Baş nazir bildirib ki, müasir dövrdə Silahlı Qüvvələr yalnız klassik silahlara arxalana bilməz. O, hərbi hava gücünün, pilotsuz uçuş aparatlarının (PUA), HHM sistemlərinin və texniki imkanların strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Hökumət rəhbəri ordunun müdafiə qabiliyyətinin gücləndirilməsi və resurslarının yenilənməsi üçün dövlət səviyyəsində hər cür dəstəyin veriləcəyini vurğulayıb. Əz-Zeydi əlavə edib ki, bu addımlar İraqın milli təhlükəsizliyini, suverenliyini, hava məkanını, ərazi sularını və ərazi bütövlüyünü tam təmin etmək məqsədi daşıyır.
19:49 / 03 Noyabr 2026
44
19:39 / 03 Noyabr 2026
35
19:39 / 03 Noyabr 2026
57
19:32 / 03 Noyabr 2026
230
19:29 / 03 Noyabr 2026
58
19:25 / 03 Noyabr 2026
122
19:18 / 03 Noyabr 2026
95
19:12 / 03 Noyabr 2026
726
19:04 / 03 Noyabr 2026
69
18:59 / 03 Noyabr 2026
114
18:53 / 03 Noyabr 2026
464
18:49 / 03 Noyabr 2026
137
18:40 / 03 Noyabr 2026
104
18:33 / 03 Noyabr 2026
107
17:53 / 03 Noyabr 2026
708
17:51 / 03 Noyabr 2026
118
17:35 / 03 Noyabr 2026
132
17:10 / 03 Noyabr 2026
131
16:56 / 03 Noyabr 2026
138
16:51 / 03 Noyabr 2026
367
16:43 / 03 Noyabr 2026
144
16:35 / 03 Noyabr 2026
384
16:31 / 03 Noyabr 2026
278
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.