İcra Hakimiyyətində yeni təyinatlar - ADLAR
14 Oktyabr 2026, 10:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
62
14.10.2026, 10:04
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayının 5 faizdən çox azalması ölkədə turizmə olan tələbat və əhalinin xərcləmə imkanları ilə bağlı suallar yaradıb. Bu tendensiya səyahət vərdişlərində dəyişikliklərin baş verdiyini və ya xarici səfərlərin vətəndaşlar üçün daha əlçatmaz olduğunu göstərə bilər. Aviabiletlərin, hotellərin və digər turizm xidmətlərinin qiymətlərinin artması insanların səyahət planlarına təsir edən amillər sırasındadır.
Bəs xaricə səfərlərin azalmasının əsas səbəbləri nədir və bu tendensiya qarşıdakı dövrdə də davam edə bilərmi? Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinin azalması daha çox iqtisadi səbəblərlə bağlıdır, yoxsa səyahət seçimlərində dəyişiklik müşahidə olunur?
Oxu24.com xəbər verir ki ,mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən turizm üzrə ekspert Əziz Şiriyev bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması xaricə səfər etmək istəyən vətəndaşların əsasən hava nəqliyyatından istifadə etməsini zəruri edir.
Onun sözlərinə görə, bu isə aviabiletlərin qiymətini turizm paketlərinin ümumi dəyərinə birbaşa təsir göstərən əsas amillərdən birinə çevirir: “Aviabiletlərin baha olması xarici ölkələrə səyahətlərin planlaşdırılmasına və tur paketlərinin qiymətinə ciddi təsir göstərir. Belə ki, tur paketinin ümumi dəyərinin təxminən 70 faizini aviabiletlərin qiyməti təşkil edir. Bu səbəbdən uçuş biletlərinin bahalaşması səfərin vətəndaşlar üçün əlçatanlığını azaldır, bəzən isə onların səyahət planlarını dəyişməsinə səbəb olur. Nəticədə, səfər etmək istəyən şəxslər ya səyahətlərini təxirə salmalı, ya da daha münasib qiymətə aviabiletlərin tapıldığı tarixlərə uyğunlaşmalı olurlar”.
Ekspert xaricə səfər etməyi planlaşdıran vətəndaşlara turizm şirkətlərinin təkliflərindən yararlanmağı tövsiyə edib: “Turizm şirkətləri müştərilərə fərdi qaydada əldə edilməsi daha baha başa gələn aviabiletləri və digər xidmətləri birləşdirərək daha münasib qiymətə tur paketləri təqdim edə bilirlər. Bunun əsas səbəblərindən biri turizm şirkətlərinin aviaşirkətlərdən əvvəlcədən müəyyən sayda yer əldə etməsi və həmin biletləri daha əlverişli şərtlərlə paketlərə daxil etməsidir. Beləliklə, aviabilet, yerləşmə və digər turizm xidmətlərinin vahid paket şəklində təqdim olunması səfərin ümumi xərcini azaltmağa imkan verə bilər”.
Ekspert vurğulayıb ki, bu xidmətləri ayrı-ayrılıqda əldə etmək əksər hallarda daha yüksək xərc yaradır: “Buna görə də xaricə səyahət etməyi düşünən vətəndaşların müxtəlif turizm şirkətlərinin təkliflərini müqayisə etməsi və büdcələrinə uyğun paket seçməsi daha məqsədəuyğundur”.
10:59 / 14 Oktyabr 2026
1
10:49 / 14 Oktyabr 2026
36
10:42 / 14 Oktyabr 2026
36
10:42 / 14 Oktyabr 2026
98
10:36 / 14 Oktyabr 2026
652
10:33 / 14 Oktyabr 2026
43
10:28 / 14 Oktyabr 2026
52
10:27 / 14 Oktyabr 2026
57
10:21 / 14 Oktyabr 2026
48
10:14 / 14 Oktyabr 2026
64
09:57 / 14 Oktyabr 2026
75
09:56 / 14 Oktyabr 2026
681
09:52 / 14 Oktyabr 2026
66
09:49 / 14 Oktyabr 2026
60
09:48 / 14 Oktyabr 2026
87
09:42 / 14 Oktyabr 2026
65
09:38 / 14 Oktyabr 2026
77
09:36 / 14 Oktyabr 2026
69
09:15 / 14 Oktyabr 2026
1077
09:12 / 14 Oktyabr 2026
235
09:10 / 14 Oktyabr 2026
79
09:04 / 14 Oktyabr 2026
63
09:00 / 14 Oktyabr 2026
263
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.