Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67938
az

SON DƏQİQƏ! SOCAR "Aİ-92" benzini ilə bağlı açıqlama yaydı

21:3507 Aprel, 2022
1694
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) dayandırılması ilə bağlı xaricdən avtomobil yanacağı idxal edir.

Bu barədə SOCAR-a məlumat yayıb.

Bildirilib ki, aprelin 4-dən müəssisədə planlı profilaktika işləri ilə bağlı istehsalat sahələrinin bir qismi dayandırılıb.

Bununla yanaşı, "Azərkimya" İB-də xammalı NEZ-dən alan sahələr də fəaliyyətini dayandırıb.

Bütövlükdə NEZ-in 50 gün fəaliyyətsiz qalacağı bildirilir. Bununla bağlı daxili bazarda Aİ-92 markalı benzinin qıtlığına yol verməmək üçün SOCAR hələ fevral ayından həmin yanacağı xaricdəki tərəfdaşlarından satın alır.

"Bütövlükdə idxal olunacaq 150 min ton "Aİ-92" var. Bunun əsas hissəsi artıq gətirilib. Benzin Rusiya, Rumıniya, Türkmənistan şirkətləri ilə müqavilələrə əsasən gətirilib. Əksər hissəsi də Rusiyadan alınıb", - hökumətdəki mənbə bildirib.

Onun sözlərinə görə, həmin müqavilələr hələ Ukraynadakı müharibə və Rusiyaya qarşı beynəlxalq sanksiyalar işə düşmədən bazar qiymətlərinə əsasən, xarici valyutada ödəniş şərti ilə imzalanıb.

Xatırladaq ki, 1 fevral-1 iyun müddətində "Aİ-92" və "Aİ-95" markalı benzinin idxal rüsumları ləğv olunub, aksiz ödəmələri isə 200 manatdan 1 manatadək azaldılıb.

Heydər Əliyev adına NEZ orta hesabla 1-1,2 milyon ton avtomobil benzini (2021-ci ild 1,26 milyon ton), liqroin (400,7 min ton, dizel yanacağı (2,4 milyon ton), soba mazutu (105 min ton), sürtgü yağları (49,1 min ton), neft koksu (255,3 min ton), neft bitumu (362,2 min ton), təyyarə yanacağı (490,1 min ton) istehsal edir. Müəssisədə istehsal olunan "Aİ-92" markalı benzinin demək olar ki, hamısı daxili bazara yönəlir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi