Qaynar xətt:

(+99450) 247 90 86

Volodimir Zelenskinin bunkerində kimlər var? - ADLAR

Volodimir Zelenskinin bunkerində kimlər var? - ADLAR

REDAKTORUN SEÇİMİ

498

07.04.2022, 17:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müharibə dövründə Ukraynanın yüksək vəzifəli məmurları arasında iş bölgüsü və onların fəaliyyət istiqamətləri məlum olub.

Oxu24.com  xəbər verir ki, bu barədə “Ukrainska Pravda” nəşri yazıb.

Bildirilib ki, məmurlar Ukrayna Prezidenti Volodimir Zelenskinin bunkerində işləyirlər və üç qrupa bölünüblər. Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayan zaman Prezident V.Zelenski xarici ölkəyə sığınmaqdan imtina edərək Kiyevdən səlahiyyətlərinin icrasına davam edir. Onun komandasına diplomatlar, hərbçilər və iqtisadçılar daxildir.

Məlumata görə, diplomatlar komandasına Ukrayna Prezidenti Ofisinin başçısı Andriy Yermak (Ağ evlə işləyir), xarici işlər naziri Dmitro Kuleba (xarici dövlətlərlə danışıqlar aparır), Ukrayna Prezidenti Ofisi başçısının müavini Andriy Sibiqa daxildirlər.

Müdafiə naziri Oleksiy Reznikov, Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı və başqa hərbi komandirlər müdafiə sahəsinə cavabdehdir.

Vurğulanıb ki, Baş nazir Denis Şmıqal əlaqələndirməyə və ölkə iqtisadiyyatının sabitliyinə görə cavabdehlik daşıyır.

İqtisadiyyat naziri Yuliya Sviridenko və Ukrayna Prezidenti Ofisi başçısının müavini Rostislav Şurma yeni maliyyə qaynaqları axtarılması ilə məşğul olurlar. Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Kirill Timoşenko regionlarla işləyir və vəziyyəti izləyir.

İnfrastruktur naziri Oleksandr Kubrakov cavabdeh olduğu sahə ilə bağlı üzərinə məsuliyyət götürüb. O, yardımların çatdırılması və infrastrukturun operativ bərpası ilə məşğul olur.

Ali Radanın sədri Ruslan Stefançuk mətbuatda nadir hallarda görünür. O, parlamentlə Ukrayna Prezidenti Ofisinin işlərini əlaqələndirir.(report)