Azərbaycanda QAR YAĞIR
31 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
461
07.04.2022, 13:24
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il payızlıq əkinlərə görə aprelin 7-də payızlıq əkinlərə görə 6 424 fermerə, ümumilikdə 12 milyon 195 min manat subsidiya ödəyib.
Bu barədə Oxu24.com Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Bu gün ödənilən subsidiyalar 59 min 709 hektar əkin sahəsini əhatə edir.
Bununla da 2021/2022-ci il üçün ümumilikdə 768 min 520 hektar əkin sahəsi üzrə 235 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib. Ödənişin ümumi miqdarı 151,7 milyon manatdan çoxdur.
Qeyd edək ki, subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının “Fermer kartı”na köçürülür. Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 %-ini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 %-ini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.
Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini və sahələri sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir.
Subsidiyaların ödənişi davam edəcək.
23:55 / 31 Oktyabr 2026
130
23:52 / 31 Oktyabr 2026
125
23:44 / 31 Oktyabr 2026
196
23:22 / 31 Oktyabr 2026
69
22:59 / 31 Oktyabr 2026
146
22:32 / 31 Oktyabr 2026
951
22:31 / 31 Oktyabr 2026
105
21:19 / 31 Oktyabr 2026
119
21:09 / 31 Oktyabr 2026
113
20:59 / 31 Oktyabr 2026
1101
20:51 / 31 Oktyabr 2026
190
20:46 / 31 Oktyabr 2026
107
20:37 / 31 Oktyabr 2026
106
20:33 / 31 Oktyabr 2026
152
20:25 / 31 Oktyabr 2026
92
19:58 / 31 Oktyabr 2026
316
19:44 / 31 Oktyabr 2026
103
19:37 / 31 Oktyabr 2026
94
19:29 / 31 Oktyabr 2026
766
19:28 / 31 Oktyabr 2026
189
19:26 / 31 Oktyabr 2026
228
19:20 / 31 Oktyabr 2026
102
19:20 / 31 Oktyabr 2026
1131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.