Ali təhsil müəssisələrinə 2022-2023-cü il üçün elektron ərizə qəbulu başa çatıb. Mart ayının 4-dən 17-nə kimi abituriyentlər elektron ərizə də veriblər.
Oxu24.com xəbər verir ki, Əvvəlki illərdə ümumi təhsil müəssisələrini bitirənlər isə aprel ayının 3-də imtahanın birinci mərhələsində Azərbaycan dili, xarici dil və riyaziyyatdan imtahan veriblər. Bununla bağlı Dövlət İmtahan Mərkəzi elektron ərizəni çap etməyib, amma qeydiyyatdan keçmiş şəxslərə bildiriş sms-ləri göndərilib. Elə anlaşılmazlıq da burda yaranıb.
DİM-in göndərdiyi sms bildirişdə təqvim ili 2022-ci il əvəzinə 2021-ci il qeyd olunub.
Məsələ ilə bağlı DİM-in mətbuat katibi Xanlar Xanlarzadə ilə əlaqə saxladıq.
O bildirdi ki, SMS bildiriş buraxılış vərəqəsini vaxtında çap etməyənlər üçün xatırlatma məqsədilə göndərilir və orada vərəqi çap etmək üçün link də yerləşdirilib. İmtahana getmək istəyənlər linkə daxil olub buraxılış vərəqəsini çap edir, imtahanda iştirak etmək istəməyənlər üçün isə bu sadəcə bir bəhanə ola bilər.
Ekspertlər isə düşünür ki, DİM-in bu mövqeyi qətiyyən normal sayıla bilməz. İnsanların müqəddəratına, taleyinə təsir edən bir qurumun belə texniki səhvlərə yol verməsi qəbul edilməməlidir.
Kamran Əsədov da düşünür ki, bu cür səhvi abituriyent etsə, məsələn, cavab kartında “2022” əvəzinə “2021” qeyd etsə, həmin sual tamamilə yanlış götürüləcək. Hətta bu səhv cavab düzgün cavabı da siləcək. İndi eyni səhvi DİM edib. Fakt xırda görünsə də, gerçəklik budur ki, həmin sms-ə görə abituriyent imtahanda iştirak etməyib, ona verilən 2 şansdan birini itirib.
Mənbə: APA
Oxu24.com
ŞƏRHLƏR