Azərbaycanda QAR YAĞIR
31 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1107
25.03.2022, 14:40
"Azərbaycanda mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılmalıdır”
Oxu24.com bildirir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov deyib. O bildirib ki, artıq əksər aparıcı ölkələr, hətta COVİD-19 məsələsində kifayət qədər mühafizəkar mövqe tutan Yeni Zelandiya və Avstraliya kimi dövlətlər də yumşaldılma mərhələsinə qədəm qoyurlar:
"Azərbaycana da gəliş-gediş zamanı peyvənd pasportu olduğu halda, PCR analiz tələbinin aradan qaldırılması məqsədəuyğun olardı. Peyvəndləşmə uğurla aparıldığı üçün qapalı yerlərdə vaksin sertifikatı tələbinin də aradan qaldırılması mümkündür. İndi bəzi ölkələr turistlərdən PCR analizi daha tələb etmirlər”.
Deputat artıq yeni turizm mövsümünün başladığını vurğulayıb:
"2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, PCR test tələbinin götürülməsi ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla, bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər”.
01:12 / 02 Noyabr 2026
46
00:41 / 02 Noyabr 2026
70
00:26 / 02 Noyabr 2026
78
00:06 / 02 Noyabr 2026
255
23:52 / 01 Noyabr 2026
175
23:45 / 01 Noyabr 2026
598
23:40 / 01 Noyabr 2026
95
23:27 / 01 Noyabr 2026
150
23:25 / 01 Noyabr 2026
372
23:14 / 01 Noyabr 2026
168
23:00 / 01 Noyabr 2026
417
22:56 / 01 Noyabr 2026
109
22:04 / 01 Noyabr 2026
108
21:49 / 01 Noyabr 2026
136
21:49 / 01 Noyabr 2026
113
21:26 / 01 Noyabr 2026
274
21:14 / 01 Noyabr 2026
302
20:55 / 01 Noyabr 2026
235
20:49 / 01 Noyabr 2026
113
20:35 / 01 Noyabr 2026
742
20:24 / 01 Noyabr 2026
152
20:20 / 01 Noyabr 2026
351
19:59 / 01 Noyabr 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.