Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Əhaliyə gecə saatlarında xəbərdarlıq edildi - RƏSMİ 

SON DƏQİQƏ! Əhaliyə gecə saatlarında xəbərdarlıq edildi - RƏSMİ 

REDAKTORUN SEÇİMİ

1231

20.03.2022, 20:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarının dumanlı olacağı və bəzi yolların buz bağlayacağı gözlənilir.

Oxu24.com  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam etdiyindən gecə və səhər saatlarında magistral avtomobil yolları dumanlı və şaxtalı olacaq.

G.Məmmədova qeyd edib ki, hava şəraiti ilə əlaqədar, əsasən Quba-Qusar, Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 300-700 m-dək məhdudlaşacaq, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

"Bu cür hava şəraiti ilə əlaqədar sürücülərin ehtiyatlı olması tövsiyə olunur", - o qeyd edib.

SON DƏQİQƏ! Zelenski dünyanı şoka salan açıqlama etdi: müharibəni...