Azərbaycanda QAR YAĞIR
31 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
901
19.03.2022, 18:06
Azərbaycanda 2022-ci ilin aprelin ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən bu gün SMS vasitəsilə məlumatlandırılıblar.
Dövlət Xidmətindən Oxu24.com-a verilən məlumata görə, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.
Bununla yanaşı müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə edə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur.
Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə – dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fevralın 18-də Sərəncam imzalayıb. 2004- cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrimizdə müddətli
həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşlarımız 2022- ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
SON DƏQİQƏ! Rusiyanın itkiləri açıqlandı: Şok rəqəmlər
02:55 / 02 Noyabr 2026
204
01:12 / 02 Noyabr 2026
140
00:41 / 02 Noyabr 2026
216
00:26 / 02 Noyabr 2026
216
00:06 / 02 Noyabr 2026
476
23:52 / 01 Noyabr 2026
531
23:45 / 01 Noyabr 2026
1444
23:40 / 01 Noyabr 2026
152
23:27 / 01 Noyabr 2026
229
23:25 / 01 Noyabr 2026
599
23:14 / 01 Noyabr 2026
253
23:00 / 01 Noyabr 2026
582
22:56 / 01 Noyabr 2026
160
22:04 / 01 Noyabr 2026
157
21:49 / 01 Noyabr 2026
188
21:49 / 01 Noyabr 2026
188
21:26 / 01 Noyabr 2026
380
21:14 / 01 Noyabr 2026
378
20:55 / 01 Noyabr 2026
318
20:49 / 01 Noyabr 2026
137
20:35 / 01 Noyabr 2026
850
20:24 / 01 Noyabr 2026
182
20:20 / 01 Noyabr 2026
397
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.