Azərbaycanda QAR YAĞIR
31 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2139
15.03.2022, 14:52
Rusiyanın Ukraynaya hərbi təcavüzünün 20-ci günündə döyüş əməliyyatlarının intensivliyinin xeyli aşağı düşdüyü müşahidə olunur. Hazırda Rusiya ordusu əsasən müdafiə mövqeyinə keçib və itkilərin yerini doldurmaq üçün əlavə qüvvələr səfərbər edir, bununla belə Ukrayna şəhərlərinə, o cümlədən paytaxt Kiyevə raket-bomba zərbələri endirməkdə davam edir.
Oxu24.com xəbər verir ki, Ukrayna ordusunun “Şərq” əməliyyat komandanlığı bildirir ki, ötən gün Donbassda Rusiya qüvvələri böyük sayda texnika və canlı qüvvənin köməyi ilə hücuma keçiblər. Hücumun məqsədi Slavyansk şəhəri istiqamətindən Mariupolu və Kramatorsk şəhərini mühasirəyə almaq idi. Lakin döyüşlər zamanı Rusiya qüvvələri 100 nəfərə qədər canlı qüvvə, iki tank, üç BMP və BTR itirərək geri çəkiliblər.
Eyni zamanda Volnovaxa yaşayış məntəqəsi (Rusiya ordusu 100 min nəfər əhalisi olan bu şəhəri artıq yer üzündən silib) istiqamətindən hücum cəhdi olub, həmin istiqamətdə Rusiya ordusunun 4 BMP-si və bir bölük piyadası məhv edilib. Habelə Ukrayna aviasiyası və artilleriya gün ərzində Rusiya ordusunun cəmləşmə rayonlarına və texnikasına zərbələr endiriblər, 12 vahiddən çox avtomobil texnikası məhv edilib və ruslar darmadağın edilərək geri çəkiliblər.
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı onu da bildirir ki, hərbi təcavüzün 20-ci günündə Rusiya ordusu hücum istiqamətlərinin heç birində əhəmiyyətli üstünlük əldə edə bilməyib. Döyüş əməliyyatlarının xarakterində ciddi dəyişiklik baş verməyib və Rusiya ordusu tutduğu hüdudlarda qüvvələri cəmləşdirməkdə davam edir. Ötən sutka ərzində hava hücumundan müdafiə qüvvələri dörd düşmən vertolyotunu, bir təyyarəsini vurub, Qara dəniz və Azov dənizi əməliyyat zonalarında dəniz desant əməliyyatının keçirilməsinə hazırlıq müşahidə olunmayıb.
Ötən gecə Rusiya ordusu Kiyevə də raket zərbələri endirib. Raketlərdən bir neçəsi iki çoxmərtəbəli yaşayış binasına dəyib, nəticədə dağıntı olub və yanğın başlayıb. Xilasedicilər dağıntılar altından iki dinc sakininin meyitini çıxarıblar, onlarla adam yaralanıb.
SON DƏQİQƏ! Ukraynanın Müdafiə Naziliyi açıqlama yaydı: Gecə nə baş verib?
16:28 / 02 Noyabr 2026
7
16:10 / 02 Noyabr 2026
66
16:03 / 02 Noyabr 2026
45
16:01 / 02 Noyabr 2026
109
15:33 / 02 Noyabr 2026
79
15:29 / 02 Noyabr 2026
125
15:18 / 02 Noyabr 2026
205
15:14 / 02 Noyabr 2026
95
15:10 / 02 Noyabr 2026
162
15:01 / 02 Noyabr 2026
81
14:59 / 02 Noyabr 2026
102
14:22 / 02 Noyabr 2026
211
14:20 / 02 Noyabr 2026
220
14:09 / 02 Noyabr 2026
93
13:55 / 02 Noyabr 2026
94
13:44 / 02 Noyabr 2026
173
13:35 / 02 Noyabr 2026
97
13:25 / 02 Noyabr 2026
765
13:21 / 02 Noyabr 2026
186
13:19 / 02 Noyabr 2026
1250
13:18 / 02 Noyabr 2026
95
13:13 / 02 Noyabr 2026
142
12:59 / 02 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.