Azərbaycanda QAR YAĞIR
31 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
535
13.03.2022, 11:13
Martın 12-ə keçən gecə Salyan rayonunun Aşağı Kürkənd kəndində 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının faciəli ölümü ilə nəticələnən hadisənin ilkin təfərrüatı məlum olub.
Oxu24.com-un məlumata görə, mənzilə quraşdırılmış təhlükəsizlik kamerasının yaddaş kartına baxış keçirilərkən məlum olub ki, yanğın mətbəxdə yerləşən və elektrik xəttinə qoşulu vəziyyətdə saxlanılmış mikrodalğalı sobanın qısaqapanma nəticəsində alışması nəticəsində baş verib. Bu zaman yatmış olan ev sakinləri xəbər tutana kimi ev alovlanaraq yanıb.
Yanğın zamanı mənzilin elektrik sitemi sıradan çıxdığından evin giriş-çıxış qapısı bloklanaraq kilidləndiyindən açılmayıb. Belə ki, pəncərələrə quraşdırılmış dəmir barmaqlıqlar üçün möhkəm olduğundan sakinlər yanan evi tərk edə bilməyiblər.
Qeyd edək ki, 2014-cü ildə qarət maskalı şəxs evə basqın edərək Ə.Əliyevə xəsarət yetirdiyindən o, təhlükəsiz tədbirləri görmüşdü. Bu, ev sahiblərinin yanan mənzili tərk etmələrinə imkan verməyib.
Qeyd edək ki, hadisə zamanı ümumi sahəsi 228 m² olan bir dam altında tikilən, 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 114 m² olan evin yanar konstruksiyaları və ona bitişik sahəsi 114 m² olan evin yanar konstruksiyaları 78 m² sahədə (ümumi 192 m²) yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı Ə.Əliyev və E.Əliyevanın yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam edir.
21:43 / 02 Noyabr 2026
197
21:39 / 02 Noyabr 2026
36
21:30 / 02 Noyabr 2026
40
21:30 / 02 Noyabr 2026
60
21:19 / 02 Noyabr 2026
56
21:13 / 02 Noyabr 2026
61
21:13 / 02 Noyabr 2026
75
21:06 / 02 Noyabr 2026
140
21:01 / 02 Noyabr 2026
75
21:00 / 02 Noyabr 2026
94
20:47 / 02 Noyabr 2026
82
20:36 / 02 Noyabr 2026
148
20:34 / 02 Noyabr 2026
106
20:26 / 02 Noyabr 2026
1360
20:23 / 02 Noyabr 2026
86
20:22 / 02 Noyabr 2026
82
20:16 / 02 Noyabr 2026
166
20:11 / 02 Noyabr 2026
89
20:00 / 02 Noyabr 2026
96
19:56 / 02 Noyabr 2026
105
19:55 / 02 Noyabr 2026
225
19:44 / 02 Noyabr 2026
112
19:33 / 02 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.