Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66820
az

SON DƏQİQƏ! Zelenski şad xəbəri elan etdi: Rusiya artıq...

09:4213 Mart, 2022
4782
DÜNYA
  • A

“Rusiyadan müharibənin bitəcəyinə dair siqnalların olması yaxşıdır. İki il idi bunu görmürdük. Ukraynanı 3 günə işğal edib hökuməti dəyişmək planları baş tutmadı. Bu qanlı müharibədən sonra Rusiyaya etibar edə bilmərik. Biz sirr saxlamırıq, açıq şəkildə bildiririk”.

Oxu24.com  xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda sülh üçün bəzi güzəştlərin edilib-edilməyəcəyi məsələsinə toxunan Zelenski qeyd edib ki, hazırda ölkə müharibə şəraitindədir: “Bu müharibədən sonra başqa bir müharibə istəmirik. Ukraynanın təhlükəsizliyi razılaşmalarda təmin edilməlidir”.

Dövlət başçısı vurğulayıb ki, Ukraynanın Polşa ilə münasibətləri yaxşıdır: "Çoxlu sayda Ukrayna vətəndaşı Polşa ərazisindədir. Bizim həmvətənlərimiz Rumıniya və Moldovada da yaşayır. Qonşularımızla münasibətlərimiz yaxşıdır. Müharibə zamanı kimin dost, kimin düşmən olduğunu öyrəndik”.

Ukraynada demokratiyanın mövcud olduğunu deyən Zelenski müharibə zamanı xalqın daha da birləşdiyini vurğulayıb.

"Qələbə qazanacağımızı 100 faiz bilirik, amma bunun nə vaxt olacağını bilmirik. Diplomatlarımız bölgəyə sülh gətirməyə çalışırlar. Amma bundan əvvəl silahların susması, insanların evakuasiyası, ərzaq və dərmanların çatdırılması kimi məsələlər həyata keçirilməlidir”, - Zelenski ölkəsinin Rusiya ilə müharibədən qalib çıxacağını iddia edib.

Ukrayna lideri etiraf edib ki, ölkəsi NATO-ya üzv ola bilməyəcək.

Avropadan gələn yardıma toxunan ölkə liderinin sözlərinə görə, Qərb və dünya daha çox şey edə bilər: “Hər kəs bacardığı qədər mübarizə aparmalıdır. Oturduqları kafeyə bomba düşməyincə nə baş verdiyini anlamayacaqlar. Ancaq belə bir şey olsa, hava məkanını bağlamağı düşünəcəklər. (Silah-sursat-red) Verə bilməyəcəklərini anlayanda satın almaq istədiyimizi bildirdik”.

Pensiya alanlara şad xəbər: Nazirlik indilərdə açıqladı

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı