Azərbaycanda QAR YAĞIR
31 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2218
09.03.2022, 08:28
ABŞ Rusiyadan neft, qaz və kömürün idxalına qadağa qoyub.
Oxu24.com xəbər verir ki, bunu Ağ Evdə Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxışı zamanı ABŞ prezidenti Co Bayden deyib.
“Bu gün mən bəyan edirəm ki, ABŞ Rusiya iqtisadiyyatının əsas arteriyasını hədəfə alıb. Biz Rusiyadan bütün neft, qaz və enerji idxalına qadağa qoyuruq.
Bu o deməkdir ki, Rusiya nefti artıq ABŞ limanlarına daxil ola bilməyəcək və Amerika xalqı Rusiya Prezidenti Vladimir Putinin döyüş maşınına daha bir güclü zərbə vuracaq. Bu, Konqresdə və inanıram ki, ölkədə güclü ikipartiyalı dəstəyi olan bir addımdır.
Amerikalılar Ukrayna xalqını dəstəkləmək üçün toplaşdılar və Putinin müharibəsinin subsidiyalaşdırılmasında iştirak etməyəcəyimizi açıq şəkildə bildirdilər. Biz bu qərarı dünyada, xüsusən də Avropadakı müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələrdən sonra qəbul etdik”, - deyə prezident bildirib.
Onun sözlərinə görə, ABŞ başa düşür ki, onun avropalı müttəfiqləri Rusiyanın enerji idxalına qoyulan qadağaya qoşula bilməyəcək.
C. Bayden deyib ki, qərar ABŞ-ın özünə zərbə vuracaq, lakin Vaşinqton bu addımı atmalıdır.
Rusiyanın vurulan döyüş təyyarəsinin pilotu BELƏ ƏLƏ KEÇİRİLDİ
02:55 / 02 Noyabr 2026
38
01:12 / 02 Noyabr 2026
99
00:41 / 02 Noyabr 2026
154
00:26 / 02 Noyabr 2026
135
00:06 / 02 Noyabr 2026
361
23:52 / 01 Noyabr 2026
269
23:45 / 01 Noyabr 2026
890
23:40 / 01 Noyabr 2026
123
23:27 / 01 Noyabr 2026
190
23:25 / 01 Noyabr 2026
472
23:14 / 01 Noyabr 2026
203
23:00 / 01 Noyabr 2026
480
22:56 / 01 Noyabr 2026
138
22:04 / 01 Noyabr 2026
143
21:49 / 01 Noyabr 2026
159
21:49 / 01 Noyabr 2026
144
21:26 / 01 Noyabr 2026
315
21:14 / 01 Noyabr 2026
337
20:55 / 01 Noyabr 2026
275
20:49 / 01 Noyabr 2026
127
20:35 / 01 Noyabr 2026
797
20:24 / 01 Noyabr 2026
164
20:20 / 01 Noyabr 2026
368
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.