Qaynar xətt:

(+99450) 247 90 86

Qarabağdan acı xəbər gəldi: Hərbçilərimiz itkin düşüb

Qarabağdan acı xəbər gəldi: Hərbçilərimiz itkin düşüb

REDAKTORUN SEÇİMİ

927

05.03.2022, 20:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb.

Bu barədə  Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb.

"Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək", - nazirlikdən bildirilib.

SON DƏQİQƏ! Rusiya üçün şok xəbər: Görün nə qədər itki verildi