Bakıda işıq olmayacaq
03 Noyabr 2026, 09:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
121
03.11.2026, 07:35
İşini itirən vətəndaşların kredit borclarının sığorta hesabına tam və ya qismən ödənilməsi nəzərdə tutulur. Çünki işsizlikdən sığorta ilə bağlı yeni qaydalar hazırlanır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Xəzər Xəbər”ə müsahibəsində bildirib ki, kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq.
V.Bayramov deyib ki, Mərkəzi Bank artıq qaydaları hazırlayıb və qısa müddətdə tətbiqi gözlənilir. Yeni qaydalar birbaşa kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur.
V.Bayramov onu da bildirib ki, sığorta ödənişlərindən sui-istifadənin qarşısını almaq üçün yalnız qanunda nəzərdə tutulan hallarda, məsələn, ixtisar və ya işəgötürənin fəaliyyətinin dayandırılması zamanı sığorta ödənişi ediləcək. İşçinin öz ərizəsi ilə işdən çıxması isə sığorta hadisəsi sayılmayacaq.
Vüqar Bayramov onu da qeyd edib ki, bu sığorta növü tətbiq olunan zaman banklar kreditlər üzrə faiz azalmasına gedəcəklər. Çünki kredit risklərinin sığortalanması bankların birbaşa və eləcə də dolayı xərclərinin azalmasına gətirib çıxarır.
İşini itirən şəxsin kredit borcunu sığortanın ödəməsi həm müştərinin, həm bankın üzərinə düşən yükü dəyişir. Buna görə də kredit şərtlərinin və risklərin necə bölüşdürüləcəyi müəyyən edilməlidir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirİk:
09:31 / 03 Noyabr 2026
1
09:29 / 03 Noyabr 2026
13
09:28 / 03 Noyabr 2026
19
06:33 / 03 Noyabr 2026
131
03:05 / 03 Noyabr 2026
348
02:30 / 03 Noyabr 2026
368
01:55 / 03 Noyabr 2026
253
00:25 / 03 Noyabr 2026
199
00:20 / 03 Noyabr 2026
469
00:15 / 03 Noyabr 2026
328
00:15 / 03 Noyabr 2026
205
00:06 / 03 Noyabr 2026
426
23:44 / 02 Noyabr 2026
349
23:39 / 02 Noyabr 2026
171
23:38 / 02 Noyabr 2026
167
23:37 / 02 Noyabr 2026
224
23:32 / 02 Noyabr 2026
152
23:28 / 02 Noyabr 2026
155
23:24 / 02 Noyabr 2026
338
23:19 / 02 Noyabr 2026
191
23:12 / 02 Noyabr 2026
164
23:05 / 02 Noyabr 2026
213
23:05 / 02 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.