ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - AÇIQLAMA
03 Noyabr 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
74
02.11.2026, 23:39
Gürcüstanın Xalq artisti Givi Toxadze (1922-2010) ötən əsrin 70-80-ci illərində ən tanınmış və təlabatlı gürcü aktyorlardan biri olub.O, Azərbaycan kinosu tarixində də iz qoyub. İki bədii -“Koroğlu” (1960) və “Dədə Qorqud” (1975) filmində yaddaqalan obrazlar yaratmaqla azərbaycanlı izləyicilərin rəğbətini qazanıb.Aktyor “Koroğlu”da Gürcü oğlu, “Dədə Qorqud”da isə Alp Aruz rolunda çəkilib.
Aktyor 1922-ci ildə Poti şəhərində anadan olub. İkinci dünya müharibəsində iştirak edib.Mozdok uğrunda döyüşlərdə yaralanıb. “Hərbi xidmətlərə görə” medalı və I dərəcəli “Vətən Müharibəsi” ordeni ilə təltif edilib.
1949-cu ildə Şota Rustaveli adına Teatr İnstitutunun aktyorluq fakültəsini bitirib. Ali təhsilini başa vurandan sonra 3 il Şota Rustaveli adına Dövlət Dram Teatrında çalışıb.1956-cı ildən kinoda uğurlu karyera qurub. G.Toxadze “Gürcüstan filmi”lə yanaşı, “Azərbaycanfilm”, “Lenfilm” və “Tacikfilm” kinostudiyalarında istehsal olunmuş filmlərə də dəvət alıb.
Aktyor fərqli görünüşü, qəhrəmanın xarakterini təcəssüm etdirmək üçün qeyri-adi bacarığı və təsirli səsi ilə fərqlənirdi.O, bir çox filmlərin dublyajında da iştirak edib.Çəkildiyi filmlərin sayı 100-dən çox, dublyaj aktyoru kimi cəlb olunduğu ekran əsərlərinin sayı isə minə yaxın olub.
G.Toxadze 1969-cu ildə Gürcüstanın Əməkdar artisti, 1982-ci ildə isə Gürcüstanın Xalq artisti adına layiq görülüb.2000-ci ildə Gürcüstanın “Şərəf” ordeni ilə təltif olunub.
Məşhurluğuna baxmayaraq, onun sadə həyat tərzi sürdüyü bildirilir. Aktyor şən, qonaqpərvər və incə yumor hissinə malik insan olub.
Kino karyerası kimi şəxsi həyatı da uğurlu olub. O, musiqiçi Laura Yaşvili ilə evli olub. Onların üç oğlu doğulub.Aktyor 2010-cu ildə 88 yaşında vəfat edib...
Müəllif: Tarixçi Namiq Həsənov
00:25 / 03 Noyabr 2026
27
00:20 / 03 Noyabr 2026
31
00:15 / 03 Noyabr 2026
48
00:15 / 03 Noyabr 2026
46
00:06 / 03 Noyabr 2026
84
23:44 / 02 Noyabr 2026
69
23:38 / 02 Noyabr 2026
54
23:37 / 02 Noyabr 2026
88
23:32 / 02 Noyabr 2026
81
23:28 / 02 Noyabr 2026
82
23:24 / 02 Noyabr 2026
79
23:19 / 02 Noyabr 2026
115
23:12 / 02 Noyabr 2026
88
23:05 / 02 Noyabr 2026
101
23:05 / 02 Noyabr 2026
100
22:55 / 02 Noyabr 2026
270
22:48 / 02 Noyabr 2026
205
22:44 / 02 Noyabr 2026
89
22:27 / 02 Noyabr 2026
107
22:25 / 02 Noyabr 2026
101
22:22 / 02 Noyabr 2026
89
22:18 / 02 Noyabr 2026
105
22:09 / 02 Noyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.