Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda gecə saatlarında dəhşət: 10 nəfər xəstəxanaya yerləşdirildi

Azərbaycanda gecə saatlarında dəhşət: 10 nəfər xəstəxanaya yerləşdirildi

REDAKTORUN SEÇİMİ

1349

27.02.2022, 01:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Abşeron rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisə baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb. Yaşadıqları evdə 1956-cı il təvəllüdlü Kələntərova Bənövşə Musa qızı, 1985-ci il təvəllüdlü Həsənli Nurlana Qurban qızı, 2001-ci il təvəllüdlü Orucova Arzu Məhəmməd qızı, 2008-ci il təvəllüdlü Kələntərli Şəkər Ceyhun qızı, 1992-ci il təvəllüdlü Novruzlu Nigar Musa qızı, 2005-ci il təvəllüdlü Novruzlu Şəfiqə Sultan qızı, 1988-ci il təvəllüdlü Həsənova Sahilə Sahib qızı, 1974-cü il təvəllüdlü Kələntərli Arzu Süleyman qızı, 2011-ci il təvəllüdlü Kələntərli Mail Həsənəli oğlu və 2010-cu il təvəllüdlü Kələntərli Musa Həsənəli oğlu dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.