Azərbaycanda QAR YAĞIR
31 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
818
27.02.2022, 00:45
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına növbəti dəfə müraciət edib.
Oxu24.com XİN-ə istinadən xəbər verir ki, Moldova Respublikası, Polşa Respublikası və Slovakiya Respublikasından sonra Macarıstan da, yaranmış vəziyyətlə əlqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını qəbul edəcək.
Sərhəd ərazisinə yaxın bölgələrdə yerləşən və ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı qaydada Ukrayna ərazisini tərk edərək Macarıstana gedə bilər:
- Ukrayna Macarıstan arasındakı Barabas, Beregsuranyi, Lonyai, Tiszetbecsi və Zahony sərhəd-keçid məntəqələri vasitəsilə Macarıstana daxil olmaq mümkündür.
- Macarıstan tərəfi Azərbaycan Respublikası vətəndaşlarına sərhəd-keçid məntəqələrində rüsumsuz 15 günlük viza rəsmiləşdirəcəkdir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport) təqdim etməlidir.
- Macarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi ilə +36300901033 (telefonla zənglər üçün), +994552999012 (WhatsApp vasitəsilə zənglər üçün) və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.
Ukraynadakı vəziyyət ilə əlaqədar vətəndaşların təxliyə olunması üçün Macarıstanın Daxili İşlər Nazirliyinin Əməliyyat Mərkəzi ilə +36 1 4411960 telefon nömrəsi və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlanıla bilər.
Bir daha vurğulayırıq ki, Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına hazırda ölkədə mövcud olan vəziyyətlə bağlı hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.
Çeçen general Maqomed Tuşayev Kiyevdə öldürüldü - FOTO
05:10 / 04 Noyabr 2026
93
01:45 / 04 Noyabr 2026
415
01:07 / 04 Noyabr 2026
245
00:56 / 04 Noyabr 2026
327
00:38 / 04 Noyabr 2026
423
00:30 / 04 Noyabr 2026
183
00:29 / 04 Noyabr 2026
202
00:18 / 04 Noyabr 2026
309
00:11 / 04 Noyabr 2026
192
00:10 / 04 Noyabr 2026
309
23:58 / 03 Noyabr 2026
567
23:58 / 03 Noyabr 2026
3562
23:50 / 03 Noyabr 2026
242
23:40 / 03 Noyabr 2026
177
23:34 / 03 Noyabr 2026
294
23:04 / 03 Noyabr 2026
445
22:59 / 03 Noyabr 2026
137
22:52 / 03 Noyabr 2026
167
22:48 / 03 Noyabr 2026
137
22:45 / 03 Noyabr 2026
228
22:33 / 03 Noyabr 2026
178
22:30 / 03 Noyabr 2026
308
22:29 / 03 Noyabr 2026
314
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.