Azərbaycanda QAR YAĞIR
31 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
793
23.02.2022, 10:58
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni rəhbər təyin olunub.
Oxu24.com-un məlumata görə, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, institutun direktoru vəzifəsi Pərvin Əkbərova həvalə olunub.
Məlumatı "Report"a TƏBİB-dən təsdiqləyiblər.
Bildirilib ki, V.Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan yeni direktoru kollektivə təqdim edib.
Bununla da, uzun müddət özəl sektorda uğurla fəaliyyət göstərən uzmanlıq dərəcəsinə malik menecer həkimlərin TƏBİB-in tabeliyində fəaliyyət göstərən dövlət tibbi müəssisələrinə transformasiyasına başlanılıb.
Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Pərvin Əkbərovun uzun müddət özəl sektorda uğurla çalışdığını, bundan sonra da öz təcrübəsini Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fəaliyyətinin yenidən uğurla təşkil olunmasına yönəldəcəyinə əminliyini ifadə edib.
Daha sonra, Vüqar Qurbanov Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun fəaliyyəti, yaradılan şəraitlə yaxından tanış olub, terapiya mərkəzlərindəki mövcud vəziyyətlə maraqlanıb, həkim heyətinin təkliflərini dinləyərək, tövsiyyələrini verib.
Qeyd edək ki, Pərvin Əkbərov Tehran Sosial Rifah və Reabilitasiya Elmləri Universitetinin, Reabilitasiya və Fizioterapiya üzrə uzmanlıq, İspaniya Milli Tibb Elmləri Universiteti Osteopatik Klinik Reabilitasiya üzrə Fəlsəfə Doktoru dərəcəsinə malikdir.
İxtisasca reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat olan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutun yeni direktoru Tusi Memorial Klinikasında şöbə müdiri, Koreya Şərq təbabəti klinikasında Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri, Respublika Dioqnostika Mərkəzində Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. O eyni zamanda, 2015-2017-ci il Gəncə Reabilitasiya Mərkəzində tibbi direktor, 2011-ci ildən bu günə qədər Azərbaycan Respublikası Milli Karate Federasiyasının həkimi, eləcə də, 2018–ci ildən bu günə qədər isə Gəncə Beynəlxalq xəstəxanasında şöbə müdiri kimi fəaliyyətini davam etdirib.
Türkiyə, Rusiya, Amerika, Kanada, Almaniya, İspaniya, Niderland, İran, Çexiya, Cənubi Afrika və Hindistan kimi ölkələrdə müxtəlif beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak edib. “A.I.M.S” İdman həkimləri üzrə İtaliya Assosiasiyasının üzvüdür. Bundan başqa, Pərvin Ələkbərov bir çox elmi məqalələrin də müəllifidir. Tibb sahəsində bir sıra mütərəqqi yenilik və texnologiyaların tətbiqi məhz onun adı ilə bağlıdır.

18:15 / 04 Noyabr 2026
1
18:14 / 04 Noyabr 2026
20
17:40 / 04 Noyabr 2026
66
17:13 / 04 Noyabr 2026
262
17:12 / 04 Noyabr 2026
95
17:02 / 04 Noyabr 2026
177
16:58 / 04 Noyabr 2026
81
16:54 / 04 Noyabr 2026
146
16:49 / 04 Noyabr 2026
85
16:34 / 04 Noyabr 2026
410
16:32 / 04 Noyabr 2026
92
16:22 / 04 Noyabr 2026
172
16:21 / 04 Noyabr 2026
117
16:20 / 04 Noyabr 2026
98
16:19 / 04 Noyabr 2026
103
16:13 / 04 Noyabr 2026
111
16:12 / 04 Noyabr 2026
196
16:10 / 04 Noyabr 2026
139
16:04 / 04 Noyabr 2026
154
16:03 / 04 Noyabr 2026
104
15:43 / 04 Noyabr 2026
125
15:33 / 04 Noyabr 2026
1875
15:00 / 04 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.