Qaynar xətt:

(+99450) 247 90 86

Ana və iki azyaşlı övladını öldürən şəxsdən XƏBƏR VAR

Ana və iki azyaşlı övladını öldürən şəxsdən XƏBƏR VAR

REDAKTORUN SEÇİMİ

572

22.02.2022, 22:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda ana və iki övladını qətlə yetirməkdə təqsirləndirilən Əhəd Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, Nizami rayonu ərazisində Gülnar Qaraxanovanın və iki övladının qəsdən öldürülməsi faktı ilə bağlı zərərçəkmişin qohumu Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.2.4, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki övladı fevralın 20-də Nizami rayonunda yaşadıqları kirayə evdə amansızca qətlə yetiriliblər.   

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qohumu 1981-ci il təvəllüdlü Əhəd Əliyev tərəfindən törədildiyi məlum olub.