Qaynar xətt:

(+99450) 247 90 86

Peykdən çəkilmiş şok foto yayıldı: Ordu sərhədə çatır +VİDEO

Peykdən çəkilmiş şok foto yayıldı: Ordu sərhədə çatır +VİDEO

REDAKTORUN SEÇİMİ

1361

21.01.2022, 22:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Həmçinin oxu:  SON DƏQİQƏ! Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi MÜHÜM XƏBƏR YAYDI

Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirdiyi hərbi texnikanın peykdən çəkilmiş yeni fotoları yayılıb.

Oxu24.com  xəbər verir ki, Maxar Texnologies şirkətinin peykindən çəkilmiş fotolara əsasən Ukrayna sərhədləri yaxınlığında bir neçə səhra düşərgəsinə ən müxtəlif tipli hərbi texnika və döyüş texnikası cəmləşdirilib.

Publisist Aleks Salvi isə Ukrayna sərhədləri boyu Rusiya qoşunlarının əsas cəmləşmə rayonları barədə kadrları yayıb. Onun məlumatına görə, qoşunlar Ukraynadan 165 kilometr məsafədəki Poqonovada, 135 kilometr məsafədəki Yelndə, 30 kilometr məsafədəki Klintsedə və 13 kilometr məsafədəki Klimovoda cəmləşdiriliblər.

 


Dekabr ayında Ukraynanın Milli Təhlükəsizlik Xidmətinin açıqladığı məlumatda deyilirdi ki, sərhəd boyu cəmləşdirilmiş canlı qüvvənin sayı 120 mini keçir. Lakin yanvarın əvvəllərindən etibarən Rusiya hərbi texnikasının və canlı qüvvəsinin Ukrayna sərhədlərinə cəmləşdirilməsi daha da intensivləşib, Uzaq Şərqdə dislokasiya edilmiş hərbi hissələrin döyüş texnikası və şəxsi heyəti də qatarlarla sərhədə daşınıb.

Qərb dövlətləri Rusiyanın yanvarın sonlarında, yaxud fevralın əvvəllərində Ukraynaya genişmiqyaslı hücuma keçə biləcəyini deyirlər. Ukrayna prezidenti Vladimir Zelenski isə bu günlərdə xalqa müraciət edərək müharibə xəbərlərindən təşvişə düşməməyə çağırıb.