Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Baş Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı: Ölən var

SON DƏQİQƏ! Baş Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı: Ölən var

REDAKTORUN SEÇİMİ

962

17.01.2022, 10:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda tanışını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb.

Bu barədə Oxu24/com-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 17-i saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişlərin tanışı, 1974-cü il təvəllüdlü Şəmşad Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Canlı yayımda şok hadisə: Qız biabır oldu +VİDEO