Pezeşkian tələbənin etirazından sonra səhnəni tərk etdi
25 Noyabr 2026, 22:03
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
388
05.11.2026, 14:41
Türkiyə Cumhurbaqşanı Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlməsi doğru qərardır.
Oxu24.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, iki müttəfiq arasında hər hansı səbəbdən gərginlik yaranırsa, bunun ortadan qaldırılmasını uzatmaq lazım deyil:
"2009-cu ildə də belə olmuşdu. Həmin il Türkiyənin o zamankı xarici işlər naziri Əhməd Davudoğlu “qonşularla sıfır problem” konsepsiyası əsasında Ermənistanla sərhədi açmaq məqsədilə İsveçrədə prokotlları imzaladıqda, bu rəsmi Bakının narazılığına səbəb oldu. Çünki Türkiyə Azərbaycan torpaqlarının işğalı səbəbindən Ermənistanla sərhədi bağlamışdı. Azərbaycanın ərazi bütövlüyü təmin olunmadığı halda Türkiyənin Ermənistanla sərhədi açmağa hazırlaşmasə anlaşılmırdı. Nəticədə Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yarandı. Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğan gərginliyi ortadan qaldırmaq üçün 2009-cu ilin may ayında Bakıya gəldi və Milli Məclisdə çıxış etdi. Rəcəb Tayyib Ərdoğan çıxışında bildirdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməyənə qədər Türkiyə Ermənistanla sərhədi açmayacaq. Dediyi kimi də oldu. Münasibətlər əvvəlki axarına qayıtdı. Bu dəfə də iki ölkə arasında gərginliyin ortadan qaldırılması üçün Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlməyi lazım bilib. Bu səfər də münasibətlərdəki mövcud suallara aydınlıq gətirməlidir. Ancaq son böhran onu da göstərdi ki, bir-birlərinin daxili işlərinə qarışmamaq şərti ilə müttəfiq dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə ehtiyac var".
22:30 / 25 Noyabr 2026
109
22:26 / 25 Noyabr 2026
28
22:16 / 25 Noyabr 2026
51
22:12 / 25 Noyabr 2026
58
22:03 / 25 Noyabr 2026
72
21:38 / 25 Noyabr 2026
95
21:34 / 25 Noyabr 2026
99
21:34 / 25 Noyabr 2026
127
21:31 / 25 Noyabr 2026
405
21:28 / 25 Noyabr 2026
107
21:16 / 25 Noyabr 2026
93
21:05 / 25 Noyabr 2026
103
20:56 / 25 Noyabr 2026
109
20:46 / 25 Noyabr 2026
966
20:42 / 25 Noyabr 2026
101
20:36 / 25 Noyabr 2026
119
20:35 / 25 Noyabr 2026
121
20:29 / 25 Noyabr 2026
120
20:19 / 25 Noyabr 2026
122
20:14 / 25 Noyabr 2026
162
20:01 / 25 Noyabr 2026
352
19:57 / 25 Noyabr 2026
119
19:49 / 25 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.