Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda gecə saatlarında dəhşət: Ölən və yaralılar var +VİDEO

Azərbaycanda gecə saatlarında dəhşət: Ölən və yaralılar var +VİDEO

REDAKTORUN SEÇİMİ

612

26.11.2021, 10:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bərdədə 1 nəfərin ölümünə, 3 nəfərin xəsarət almağına səbəb olan zəncirvari qəza hadisəsi baş verib.

Oxu24.com -un  xəbərinə görə, hadisə Yevlax-Bəhrəmtəpə yolunun Bərdə rayonunun Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes-Benz", "Vaz- 21015" və "Volkswagen" markalı minik avtomobillərinin toqquşması nəticəsində, Rəhimov Elvin Mübariz oğlu həyatını itirib. Mingəçevir şəhər sakinləri 1974-cü il təvəllüdlü Əhmədov Elxan Fərəc oğlu, 1985-ci il təvəllüdlü Həmzəyev Malik Əli oğlu və 1985-ci il təvəllüdlü Əmiraslanov Sərxan Zaman oğlu müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.