Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
723
25.11.2021, 10:59
Bakının Sabunçu rayonunda azyaşlı qız məktəbdən çıxarkən onu naməlum şəxs avtomobilinə zorla itələyərək bıçaqla hədələyib.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin Umudvar Əliyev küçəsində qeydə alınıb.
Əjdər Hüseynov adlı şəxs bildirib ki, ötən gün 18 radələrində nəvəsi Z.Q 188 saylı tam orta məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxs onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşıb.
Z.Q sözügedən məktəbin beşinci sinif şagirdidir. Azyaşlının nənəsi Mədinə Hüseynova bildirib ki, hər iki nəvəsi məktəbdə ikinci növbədə təhsil alır.
Z.Q dərs bitdikdən sonra qardaşını axtarmaq məqsədilə çölə çıxıb. Naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb. Z.Q-nın bildirdiyinə görə, ona bıçaqla hədə qorxu gələn şəxs onu “Mitsubishi” markalı avtomobilə əyləşdirərək maşından düşməməyi tapşırıb. Deyib ki, özünü onun qızı kimi aparsın. Bir neçə yüz metr gedəndən sonra sürücü ətrafdan keçənlərdən Zabrat istiqamətinə yolu soruşub. Bu zaman Z yolda sinif yoldaşının valideyni ilə birlikdə evə getdiyini görüb. Uşaq dərhal maşından düşərək həmin valideynin yanına qaçıb. Avtomobili idarə edən naməlum şəxs ərazidən uzaqlaşıb.
Faktı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları araşdırır. Qeyd edək ki, məktəbin ön kamerası işləmir. Lakin küçədə olan müşahidə kameralarından aydın olub ki, Z-nı ağ rəngli “Mitsubishi” markalı nəqliyyat vasitəsini idarə edən sürücü qaçırıb.

15:23 / 09 Noyabr 2026
4
15:13 / 09 Noyabr 2026
40
15:05 / 09 Noyabr 2026
134
15:00 / 09 Noyabr 2026
80
14:58 / 09 Noyabr 2026
69
14:55 / 09 Noyabr 2026
81
14:42 / 09 Noyabr 2026
72
14:37 / 09 Noyabr 2026
75
14:29 / 09 Noyabr 2026
206
14:22 / 09 Noyabr 2026
190
14:17 / 09 Noyabr 2026
95
14:06 / 09 Noyabr 2026
957
14:04 / 09 Noyabr 2026
116
13:44 / 09 Noyabr 2026
776
13:21 / 09 Noyabr 2026
129
13:11 / 09 Noyabr 2026
352
12:57 / 09 Noyabr 2026
1746
12:55 / 09 Noyabr 2026
127
12:40 / 09 Noyabr 2026
236
12:27 / 09 Noyabr 2026
190
12:15 / 09 Noyabr 2026
358
12:03 / 09 Noyabr 2026
1395
11:56 / 09 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.