Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
532
13.11.2021, 13:32
Azərbaycan Baş Prokuroluğu və Daxili İşlər Nazirliyi erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atması ilə bağlı birgə məlumat yayıb.
Oxu24.com--a daxil olan məlumatda bildirilir:
"Noyabrın 13-ü saat 07:12-də Azərbaycann Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı "Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında "RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atmış, nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd edib.
Azərbaycan Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır".
20:12 / 09 Noyabr 2026
30
20:11 / 09 Noyabr 2026
27
20:10 / 09 Noyabr 2026
44
20:06 / 09 Noyabr 2026
35
19:53 / 09 Noyabr 2026
59
19:52 / 09 Noyabr 2026
104
19:44 / 09 Noyabr 2026
93
19:44 / 09 Noyabr 2026
85
19:27 / 09 Noyabr 2026
74
19:25 / 09 Noyabr 2026
143
19:19 / 09 Noyabr 2026
108
19:15 / 09 Noyabr 2026
141
19:12 / 09 Noyabr 2026
255
19:11 / 09 Noyabr 2026
143
19:01 / 09 Noyabr 2026
83
18:57 / 09 Noyabr 2026
206
18:46 / 09 Noyabr 2026
106
18:41 / 09 Noyabr 2026
177
18:38 / 09 Noyabr 2026
178
18:31 / 09 Noyabr 2026
148
18:25 / 09 Noyabr 2026
1357
18:23 / 09 Noyabr 2026
125
18:14 / 09 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.