Nəsib Abid: Şəmsi Vəfadarın poeziyasında həyat fəlsəfəsi
15 İyun 2026, 10:35
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1174
03.11.2021, 15:33
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, şəhər ərazisində yerləşən evlərin birindən 1000 manat pul və 3400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub. Daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı cinayət əməlini törədən Şuşa rayon sakini Elman İbrahimov saxlanılıb.
Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun daha 2 evdən də ümumilikdə 7 min manat dəyərində qızıl-zinət əşyaları, 5 min manat pul və 6400 ABŞ dolları oğurladığı müəyyən edilib. E.İbrahimovun oğurladığı qızıl-zinət əşyalarının bir qismi onun qeyri-rəsmi münasibətdə yaşadığı Leyla Qardaşovanın evindən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.
Araşdırma zamanı məlum olub ki, törədilən ikinci cinayətdə E.İbrahimov və L.Qardaşova əvvəlcədən əlbir olublar. Belə ki, xəstəxanada çalışan Leyla orada işləyən həkimin növbədə olmasını Elmana xəbər etdikdən sonra sonuncu onun yaşadığı evə qanunsuz olaraq daxil olub, pul və qızılları götürərək oradan uzaqlaşıb. Oğurladığı qızıllların bir hissəsini Bakı şəhərində satan E.İbrahimov əldə etdiyi pulu qadınla öz arasında bölüb. L.Qardaşova isə E.İbrahimovun ona verdiyi pulla özünə qızıl-zinət əşyaları alıb.
01:13 / 19 İyun 2026
510
01:06 / 19 İyun 2026
106
00:55 / 19 İyun 2026
235
00:44 / 19 İyun 2026
484
00:42 / 19 İyun 2026
225
00:39 / 19 İyun 2026
113
00:35 / 19 İyun 2026
176
00:28 / 19 İyun 2026
151
00:27 / 19 İyun 2026
705
00:18 / 19 İyun 2026
106
00:15 / 19 İyun 2026
379
00:04 / 19 İyun 2026
562
23:56 / 18 İyun 2026
115
23:47 / 18 İyun 2026
109
23:24 / 18 İyun 2026
111
23:13 / 18 İyun 2026
106
23:10 / 18 İyun 2026
181
23:02 / 18 İyun 2026
102
22:50 / 18 İyun 2026
151
22:50 / 18 İyun 2026
2471
22:42 / 18 İyun 2026
818
22:37 / 18 İyun 2026
115
22:26 / 18 İyun 2026
491
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.