Azərbaycanda bunu edənlər 10 min manat CƏRİMƏLƏNƏCƏK
10 Noyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
702
19.06.2026, 00:42
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi dənizçilərin sertifikatlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti mühüm yenilik edib.
Oxu24.com agentliyə istinadən xəbər verir ki, kapitan və komandir heyəti üzvlərinin sertifikatlarının (diplomlarının) yenilənməsi prosesi daha sadə və çevik mexanizm əsasında həyata keçiriləcək.
Yeni qaydalara əsasən, kapitan və komandir heyəti üzvləri sertifikatlarına (diplomlarına) uyğun vəzifədə son 5 il ərzində azı 12 ay və ya son 6 ayda azı 3 ay dənizdə xidmət stajını təsdiqləyən sənədi təqdim etdikdə və Agentlikdə təşkil olunan müvafiq təlimatlandırmadan keçdiyi halda sertifikatlarını (diplomlarını) təkmilləşdirmə kursu və biliklərin yoxlanılması imtahanı olmadan yeniləmək imkanı qazanacaqlar.
Yeni mexanizm iyunun 22-dən tətbiq olunacaq. Həmin tarixədək verilmiş sertifikatların (diplomların) etibarlılıq müddətinin başa çatmasına 6 aydan az müddət qaldıqda dənizçilər bu sənədlərin yenilənməsi üçün Agentliyə müraciət edə bilərlər.
Hazırda qüvvədə olan qaydalara əsasən, kapitan və komandir heyəti sertifikatlarının (diplomlarının) yenilənməsi üçün aşağıdakı şərtlərdən birinin yerinə yetirilməsi tələb olunur:
- son 5 il ərzində azı 12 ay və ya son 6 ay ərzində azı 3 ay dənizdə xidmət stajını, habelə təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirdiyini təsdiq edən xüsusi hazırlıq şəhadətnaməsini təqdim etmək və ya
- son 5 il ərzində azı 12 ay və ya son 6 ay ərzində azı 3 ay dənizdə xidmət stajını təsdiq etməklə Agentlik tərəfindən keçirilən bilik və bacarıqların yoxlanılması imtahanında iştirak
Dənizdə xidmət stajına dair tələbləri yerinə yetirməyən şəxslər üçün isə təkmilləşdirmə kursunu müvəffəqiyyətlə başa vurmaq və ya Agentliyin təşkil etdiyi bilik və bacarıqların yoxlanılması imtahanında iştirak tələbi qüvvədə qalır.
Dəyişikliklərin əsas məqsədi "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" 1978-ci il tarixli, düzəlişlər edilmiş Beynəlxalq Konvensiyanın (DHDNÇ Konvensiyası) tələblərinə uyğunluğun təmin edilməsi, sertifikatlaşdırma prosesinin optimallaşdırılması, inzibati yükün azaldılması və dənizçilərə daha operativ xidmət göstərilməsidir.
16:55 / 10 Noyabr 2026
43
16:47 / 10 Noyabr 2026
48
16:41 / 10 Noyabr 2026
58
16:35 / 10 Noyabr 2026
74
16:21 / 10 Noyabr 2026
95
16:12 / 10 Noyabr 2026
155
15:58 / 10 Noyabr 2026
93
15:44 / 10 Noyabr 2026
183
15:34 / 10 Noyabr 2026
285
15:31 / 10 Noyabr 2026
89
15:25 / 10 Noyabr 2026
128
15:22 / 10 Noyabr 2026
105
14:58 / 10 Noyabr 2026
2485
14:55 / 10 Noyabr 2026
468
14:48 / 10 Noyabr 2026
421
14:23 / 10 Noyabr 2026
528
14:20 / 10 Noyabr 2026
901
14:09 / 10 Noyabr 2026
237
14:00 / 10 Noyabr 2026
909
13:44 / 10 Noyabr 2026
143
13:38 / 10 Noyabr 2026
401
13:26 / 10 Noyabr 2026
1801
13:24 / 10 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.