Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
406
27.10.2021, 17:21
Sosial media fenomeni Əli Abulaban boşanma ərəfəsində olduğu həyat yoldaşı Ananı və yanındakı kişini güllələyərək öldürüb.
Oxu24.com axşam.az-a istinadən xəbər verir ki, "TikTok"da "JinnKid" adı ilə tanınan fenomen qızının planşetinə dinləmə cihazı yerləşdirib. Arvadının bir kişi ilə danışıqlarına qulaq asdıqdan sonra cinayət işləmək qərarına gəlib. O, həyat yoldaşının olduğu evə basqın edərək onu və həmin şəxsi qətlə yetirib.
Hadisənin ardından Əli heç bir şey olmamış kimi qızını məktəbdən götürməyə gedib.
Polis tərəfindən aparılan araşdırmalar nəticəsində öldürülən digər şəxsin Reybern Kadenas Berron olduğu ortaya çıxıb.
Məhkəmə zamanı məlum olub ki, həyat yoldaşı Əlini evdən qovub. O, 3 gündən sonra geri qayıdaraq mənzildəki bütün əşyaları dağıdıb. Daha sonra qızının telefonuna səs dinləmə cihazı yerləşdirib. Ana ilə Reybernin birlikdə olduğunu eşidəndən sonra evə gələrək həyat yoldaşını başından güllələyib. Reybernə isə 3 dəfə atəş açıb. Nəticədə hər ikisi hadisə yerində həyatını itirib.
Hadisənin ardından fenomen anasına zəng vuraraq, cinayəti etiraf edib. Polislər hadisədən 45 dəqiqə sonra qızını məktəbdən evə gətirən Əlini avtomobildə olarkən tutub.
10:21 / 10 Noyabr 2026
1
10:17 / 10 Noyabr 2026
21
10:15 / 10 Noyabr 2026
30
10:10 / 10 Noyabr 2026
34
09:50 / 10 Noyabr 2026
113
09:46 / 10 Noyabr 2026
78
09:35 / 10 Noyabr 2026
107
09:26 / 10 Noyabr 2026
142
09:19 / 10 Noyabr 2026
104
08:56 / 10 Noyabr 2026
193
08:46 / 10 Noyabr 2026
175
08:42 / 10 Noyabr 2026
1641
05:37 / 10 Noyabr 2026
154
05:27 / 10 Noyabr 2026
248
04:34 / 10 Noyabr 2026
155
04:12 / 10 Noyabr 2026
216
02:34 / 10 Noyabr 2026
180
02:02 / 10 Noyabr 2026
167
01:30 / 10 Noyabr 2026
431
01:19 / 10 Noyabr 2026
589
01:00 / 10 Noyabr 2026
257
00:25 / 10 Noyabr 2026
1319
00:20 / 10 Noyabr 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.