Qaynar xətt:

(+99450) 247 90 86

Təbrizdə sakinlər etiraza başladı - "Güney Azərbaycan İran deyil”

Təbrizdə sakinlər etiraza başladı - \\\"Güney Azərbaycan İran deyil”

REDAKTORUN SEÇİMİ

1046

25.10.2021, 17:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranın Təbriz şəhəri boyunca divarlarda qrafitilər yazılıb: “Güney Azərbaycan İran deyil”.

Oxu24.com  xəbər verir ki, Güney Azərbaycanın milli fəalları oktyabrın 24-də Təbriz şəhəri boyunca genişmiqyaslı aksiya keçiriblər. Onlar qrafiti və divar yazıları ilə Güney Azərbaycanın fars və İran irqçiliyinin boyunduruğundan müstəqil olmasının vacibliyini vurğulayıblar.
Təbrizin ictimai yerlərində və küçələrində ingilis dilində həkk olunmuş qrafiti və divar yazılarında “South Azarbaijan İs NOT İran. Tabriz 2021.10”, “Güney Azərbaycan İran deyil” sözləri yazılıb.

Qeyd edək ki, bundan əvvəl də sözügedən yazı azərbaycanlı ictimai şəbəkə istifadəçiləri tərəfindən geniş yayılmışdı. İran nə qədər çalışsa da azərbaycanlıları farslaşdıra bilmir, öldürməklə, zindanlara doldurmaqla da səyləri boşa çıxır. Güney Azərbaycan müstəqillik istəyir.